Dünyanın ən qeyri-adi hava limanlarından biri heç şübhəsiz ki, Cəbəllütariq hava limanıdır.
✈️ (Gibraltar International Airport, IATA:GIB, ICAO:LXGB)

İçindən yol keçən hava limanı olaraq da bilinən, bu sevimli hava limanı, Aralıq dənizi ilə Atlantik okeanının birləşdiyi yerdə yerləşir. İspaniya ərazisi olaraq görünsədə, 33 min nəfərin yaşadığı Cəbəllütariq əslində, İngiltərəyə bağlı yerdir. Buna görə də, Cəbəllütariq hava limanı da ingilislərin idarəçiliyi altındadır.
İkinci Dünya Müharibəsi zamanı inşa edilən və hal-hazırda İngiltərə Müdafiyə Nazirliyinə məxsus olan hava limanı, Cəbəllütariq höküməti tərəfindən həm mülki, həm də hərbi aerodrom olaraq istismar olunur. Əvvəldə qeyd etdiyimiz kimi, uçuş-enmə zolağının ortasından keçən, Winston Churchill Bulvarı, buranı fərqli edən ən vacib özəllikdir.
Təyyarələrin eniş və qalxış etmədiyi zamanlarda avtomobil və piyadaların istifadəsinə açıq olan bulvar, lazım olduqda bir dəmiryolu kəsişməsində olduğu kimi bağlanır, təyyarələrin eniş və qalxışı üçün şərait yaradılır.
2018-ci ilin aprel ayında burada ən sıx vaxtlarda, günə 7 səfər həyata keçirilir. Hər eniş və qalxış üçün 10 dəqiqə lazım olduğunu nəzərə alsaq, Winston Churchill Bulvarı gün ərzində təxminən, 2 saatdan bir qədər artıq müddətə bağlı qalır. Bu vəziyyətə bir çarə olaraq, təxminən 10 il əvvəl, bir tunel proyekti başladılsa da, hələ ki bir nəticə əldə edilməyib.
#GibraltarInternationalAirport #GibraltarAirport #WinstonChurchill #spotting#spotter #jetphotos #baku #azerbaijan #airports #avfan #aviation#aviationlovers #instaaviation #aviationphotography #AVGeek #aviationdaily#airplane #airplane_lovers #pilots #aviabloggers
Hiç yorum yok:
Yorum Gönder