Bir tərəfdən İkinci Dünya müharibəsinin izləri soyuyarkən, digər tərəfdən sərnişin təyyarəsi istehsalçıları səsdən sürətli sərnişin təyyarəsi proyekti üzərində işə başlamışdılar. 1960-cı illərdə İngiltərənin və Fransanın birgə istehsalına başladığı Concorde və Sovet Tupolev Tu-144 layihələri artıq, bütün dünyaya səsini duyura bilmişdi. Günümüzdə "The Heavens Queen"(Göylərin Kraliçası) adlanan Boeing 747-nin inkişaf prosesi isə bu hadiseler fonunda sakitcə davam edirdi . Bir sozle, aviasiya tarixinin şah əsəri öz sözünü sonda deyəcəkdi. Bundan əlavə həmin ərəfələrdə Boeing-in özünün səsdən sürətli sərnişin təyyarəsi proyekti olan “2707”-də havalanmağa hazırlaşırdı.
Boeing mühəndisləri və idarə heyyəti bütün bu hadisələr fonunda, standart sərnişin təyyarələrinin sonrakı illərdə köhnəlmiş olacağını və bütün sənayenin səsdən sürətli təyyarələrə kecid ede biləcəyinə inanırdılar. Bu fikri, Boeing-in ən əhəmiyyətli müştərisi olan, əfsanəvi hava yolu şirkəti Pan Am'ın qurucusu və prezidenti Juan Trippe də dəstəkləyirdi. Onun fikrincə səs sürətinə qədər ki, təyyarələrlə gələcəkdə yalnız yükdaşıma məqsədi üçün istifadə ediləcəkdi. Aviasiya sənayesinin bu qeyri-deqiq vaxtında B747-nin taleyinin nə olacağı hələ də bir müamma olaraq qalırdı.
Nəticədə, Boeing 747-nin sadəcə bir sərnişin təyyarəsi olaraq deyil, eyni zamanda sərfəli istifadə oluna biləcək bir kargo təyyarəsi olaraq da dizayn olunmasına qərar verildi. Bu baxımdan, Boeing 747-nin ön hissəsi böyük bir yük qapısı olaraq dizayn olundu. Bu, Boeing 747 ilə standart yüklərlə yanaşı, eləcə də digər təyyarələrə yüklənə bilməyən böyük ölçülü yüklərinin nəqlini də mümkün etmiş oldu... Mövzunun davamı olacaq...

Hiç yorum yok:
Yorum Gönder