17 Temmuz 2018 Salı

Yeni Airbus A220




Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan CSeries təyyarəsinin istehsal proqramını satın almasının ardından bazara təqdim edilən ilk məhsulu – Airbus A220 
Airbusın Toulouse şəhərindəki təsislərində təşkil edilən mərasimlə, A220-300 tipli təyyarə, yeni görünüşüylə ictimaiyyətə təqdim olundu. A220-300 əslində, Bombardier CS300 tipli təyyarənin yeni adıdır. Eynilə, CS100 adı A220-100 ilə əvəz edilmişdir. 
100-150 oturacaq tutumu seqmentində iştirak edən A220-100 və A220-300 tipli təyyarələrin, Airbusın mövcud A320 ailəsinə böyük dəstək verəcəyi təxmin edilir. (A220-100-ün standart oturacaq tutumu 110, A220-300-ün isə 130-dur) 
A220-300-ün ilk sifarişi(60 ədəd) isə Amerikalı hava yolu JetBluedan gəldi. JetBlue yeni A220-ləri, filosundakı mövcud Embraer E190 tipli təyyarələrin yerinə istifadə edəcək. 
Xatırladığımız kimi, Airbus ilə Bombardier ortaqlıq mövzusunda, 2017-ci ilin oktyabr ayında razılaşmışdı. 1 iyul 2018-ci il tarixindən rəsmi olaraq başlayan, ortaqlıq çərçivəsində Airbus, tam adı CSeries Aircraft Limited Partnership olan şirkətin 50,01 faizlik hissəsinin sahibi oldu. Buna qarşılıq olaraq, şirkətin 31 faiz nisbətindəki hissəsi yenə, Bombardierin portfelində qalmağa davam edəcək.



THY Airbus A321neo tipli ilk təyyarəsini təslim aldı




THY 5 il əvvəl ki, sifarişinin çox böyük bir hissəsini təşkil edən A321neoların ilkini 13 iyul tarixində təslim aldı. Airbusın Hamburgdakı təsislərindən günorta saatlarında qalxan TC-LSA quyruq qeydiyyatından keçmiş təyyarə, 2 saat 41 dəqiqəlik bir uçuşdan sonra, saat 15:07-də İstanbul Atatürk Havalımanına eniş etdi. THY-nın təslim aldığı, A321neonun ən əhəmiyyətli xüsusiyyəti, "Cabin Flex" şəklində adlandırılan kabin konsepsiyasıdır. Həmçinin, A321neo, əvvəl ki model A321 ilə müqayisədə, ən nəzərəçarpan dəyişiklik arxa hissədə və sərnişin qapısında görülür. A321 konfiqurasiyasında qanadın ön tərəfində olan təcili çıxış qapıları bu hissədən götürüldü və A321neoda, gövdə ortasına bərabər gələn xəttə, qanad üstünə yerləşdirilib. Hal-hazırda istəyə uyğun olaraq təqdim edilən, Cabin Flex konfiqurasiyalı A321neonun, 2020-ci ilə doğru bütün A321neo'lar üçün standart olması planlaşdırılır.

Təyyarə tamamilə Economy Class olaraq təşkil edildiyindən, 244 oturacaq tutumuna sahibdir. THY-nın A321neonun 2 fərqli oturacaq konfiqurasiyası olacaq. 92 ədədlik sifarişin 40 dənəsi 182 oturacaq (20 Business + 162 Economy Class) və 52 dənəsi 190 oturacaq (16 Business + 174 Economy Class) tutumuna sahib olacaq. A321neo eyni zamanda, THY filosunda internet sistemi olan ilk dar gövdəli təyyarə olma xüsusiyyətini daşıyır.

Смотри, в твоих облаках летят мои самолеты😉







Hava limanında mürgüləmək məkanları və qiymətləri



Bir insanın ən təməl ehtiyaclarından biri yemək yeməkdirsə, digəri də dincəlməkdir. Bütün hər şey bunun üzərində qurulmuşdur. Təyyarənizi gözləyən zaman hava limanında edəcəkləriniz isə məhduddur. Kafeterya da oturmaq, boş gözlərlə Duty- free mağazalarını gəzmək, narahat oturacaqlarda digər sərnişinlər ilə oturmaq... Təbii ki tranzit reysi olan, təyyarəsi təxirə salınmış bir sərnişin və ya növbətisəfərinə bir neçə saatı qalan təyyarə bələdçisi, kokpit personalı olmaq da var.
Bəs bu boş zamanımızı necə dəyərləndirə bilərik?
Evdə olduğumuz kimi dincələ bilsək, evdə ki, kimi ayrıca bir yerimiz olsa, yatağımıza uzansaq, ayaqlarımızı uzatsaq, qarşımızda da bir televizor.. Ya da başa çatdırılması vacib olan bir işi səssiz bir mühitdə iş masasında bitirsək, bundan əlavə hətta duş ala bilsək. Bir sözlə bütün bir ev komfortunu yaşasaq.. Məhz elə bu nöqtədə dizaynerlərin ağlına fikir gəldi. 
Niyə uzun müddət gözləməli məkanlarda bu sistemi tətbiq etməyək?

Hava limanında mürgüləmək məkanları və qiymətləri.
YOTEL - İngiltərədə, London Heathrow və Gatwick, Hollandiyada Amsterdam Schiphol havalimanlarında 2007-dən bəri xidmət etməkdədir. Standart, premium və premium-twin olmaqla üç fərqli otaq tipi mövcuddur. Standart və premium otaqların 1 nəfər üçün gecəlik qiyməti 100 USD ilə 170 USD arası dəyişərkən, 4 saat qalmanın əvəzi isə 65 USD edir.
YOTEL Standart Otaq: 1 nəfərlik yataq, duş, ayaqyolu, iş masası, limitsiz internet
YOTEL Premium Otaq: 2 nəfərlik yataq, duş, ayaqyolu, iş masası, televiziya, internet, çamadan şkafı
YOTEL Premium-Twin Otaq: 2 nəfərlik ranza çarpayı, duş, ayaqyolu, iş masası, televiziya, internet, çamadan şkafı mövcuddur.

Napcabs - 2008-ci ilin avqustunda Münhen Aeroportu Terminal 2-də, çıxış qapısının düz yanındakı uzun zalında xidmətə keçmişdir. Kabində bir yataq, sensor ekran televizor və əyləncə sistemi, kiçik bir masa, internet və adepter cihazı var. Saatlıq ödənişi gündüz 15 EUR, gecə isə 10 EUR-dur. 



Sleepbox - Moskva Sheremetyevo və Paris Charle de Gaulle hava limanlarında xidmət edən, 2009-cu ildə Rus memarları Goryainov A. və Krymov M. tərəfindən dizayn edilmişdir. 3,75 kvadrat m-lik sahədə ventilyasiya sistemi, səsli siqnalizasiya sistemi, LCD televiziya, laptop üçün soket və telefonu şarj edə bilmə imkanı, yatağın altında çamadanı qoymaq üçün yerdə mövcuddur.




Minute Suites - İlk olaraq, noyabr 2009-da Atlanta HARTSFIELD-Jackson hava limanı və daha sonra Aprel 2011-ci ildə Philadelphia hava limanında xidmətə başlamışdır. Otaqlarda divan, yastıq, ədyal və iş masası var. Ayrıca hər otaqda səs-küy səviyyəsini də məhdudlaşdıran sistemdə var. Televizor, internet və uçuş saatını xəbər verən sistem ilə müştərilərin hər ehtiyacı düşünülüb. Qiymətlər isə, minimum 1 saatı 30USD. Hər 15 dəqiqə əlavə olaraq 7.5USD tələb olunur. Bir gecə qalmaq 120USD. Kabin və kokpit personalı üçün əlavə endirim təqdim olunur.

Turkish Stars & Soloturk (Baku, Azerbaijan)







Airbus A380-lər parçalara ayrılaraq satılacaq...




Bir airbuscı olaraq, bu xəbəri hazırlamaq elə də asan olmadı. Xüsusilə də, əgər söhbət A380-lərdən gedirsə… 
İlk dəfə, 2007-ci ildə Singapore Airlines flotunda xidmətə daxil edilən və 10 illik icarə müddətinin ardından şirkət tərəfindən, lizinq firmasına geri qayıdan, ilk iki A380-ə heç cürə alıcı tapılmadığından, bu təyyarələrin hissələrinin satılmasına qərar verildi.

Xatırladığınız kimi, 9V-SKA (MSN003) və 9V-SKB(MSN005) qeydiyyatlı təyyarələr, ”mühərrikləri sökülərək”, Fransanın Pirenelər yaxınlığındakı Tarbes-Loudres-Pyreenes Hava limanına qoyulmuşdu. (MSN 001, 002 və 004, Airbus-ın test təyyarələri idi) Sözü gedən təyyarələr hal-hazırda, Dr. Peters Group şirkətinin nəznindədir.

British Airways , HiFly və Iran Air-la icarə barəsində edilən danışıqlardan bir nəticə əldə edilmədiyindən, bu iki nəhəng təyyarə üçün bird aha səmaya qalxmanın mümkünsüzlüyü təsdiqlənmiş oldu.

İlk mərhələdə, təyyarələrin avionika sistəmlərinin və şassi təkərlərinin satılması gözlənilir. Rolls Royce Trent 900 tipli ümumilikdə 8 ədəd mühərrik isə, artıq müxtəlif şirkətlərə icarəyə verilib. Bundan başqa, Dr.Peters Group nəznindəki, digər A380-lərdən 2 ədədinin, “wet-lease” əməliyyat aparan, yəni flotundakı təyyarələri kabin və cockpit heyyətləri ilə birlikdə icarəyə götürmə sistemi üzrə işləyən və Lissabonda yerləşən HiFly adlı şirkət tərəfindən icarəyə götürələcəyi və bu ilin sonuna doğru səfərlərə başlayacağı, gəzən şayiələrin arasındadır. Amma hər nə olursa-olsun, aviasiya bazarına son dərəcə iddiali daxil olan və hələ 10-cu ilini yenicə tamamlayan iri gövdəli bir təyyarənin bu cür bir sonla üzləşməsi, həqiqətəndə dəhşətli bir səhnədir. Bu xəbər həmçinin günümüzdə A380 üçün yeni sifarişlər almaqda çətinliklərlə üzləşən, Airbus üçün də motivasiya enməsindən başqa bir şey deyil.

2018-ci ildə həmçinin sadəcə Singapore Airlines-in deyil, Emirates və Qantas-ın flotunda yer alan çox sayda A380-nin 10 illik icarə müddəti bitmək üzrədir. Bu il ərzində, taleyinin nə olacağı hələ də bilinməyən 14 ədəd A380 var. Bu təyyarələr “mövcud hava yollarında xidmət göstərməyə davam edəcəkmi, yoxsa yox?” bu sualın cavabını qarşımızdakı aylar ərzində biləcəyik.

"Ağ təyyarə" mahnısı yerinə düşər, deyə düşünürəm...




Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...