30 Mart 2018 Cuma

“Tourist Class” tətbiqi tam mənası ilə uğur hekayəsi oldu.





Dövrünün əfsanəvi hava yolu şirkəti Pan American, DC-6 tipli təyyarənin içini yenidən dəyişərək, Tourist Class-a uyğun hala gətirmişdi. Normalda 61 nəfərlik olan təyyarə, yenilənmədən sonra 82 nəfərlik tutuma çatmışdı. Pan Am, 1952-ci ilin yazında New York ilə London, Paris və Frankfurt arasında həftədə 12 dəfə Tourist Class xidməti ilə səfər etməyi planlaşdırmışdı. New York ilə London arasındakı normal bilet qiyməti 711 USD ikən, Tourist Class bileti 486 USD olaraq, təyin olunmuşdu. Bu qiymət qış tarifində (həmin illərdə, 1 noyabr ilə 1 May arasında), 417 USD-yə qədər endirilmişdi. Atlantik bazarında bir əvvəlki ilin, eyni dövründə 100.000 olan sərnişin sayının 150.000-dək qalxmasının yarıdan çoxunu, Tourist Class sərnişinləri meydana gətirirdi. Bu inkişafdan sonra, IATA üzvü olan 67 aviaşirkət, 2500 təyyarənin yarısını turist sinifinə uyğun hala gətirmək qərarını almışdı.

1 Aprel 1953-cü ildə etibarən, Amman, Beyrut, Hayfa, İstanbul, Qahirə, Qüds, Nikosiya, Şam və Tel Aviv, 1953-cü ilin oktyabr ayından başlayaraq isə İran, Pakistan və Hindistan bu yeni xidmət sinfi ilə tanış olacaqdı. 1953-cü ilin sonlarına doğru keçirilən, IATA konfransında alınan digər bir mühüm qərar isə, Tourist Class sərnişinlərindən yemək üçün ödəniş etmək yerinə, bilet qiymətinə daxil olacaq bir şəkildə sadə və ucuz bir yemək təklif etmək idi.

Bu qərara həssaslıqla yanaşan şirkətlərin başında isə Hollandiyalı bayraq daşıyıcı KLM gəlirdi. KLM-in aşbazları, Tourist Class sərnişinləri üçün son dərəcə ləzzətli bir menyu hazırlamışdılar. Nəticə etibarı ilə, aviaşirkətlər təyyarələrin tutumlarının artırılması və bilet qiymətlərinin enməsi nəticəsində əldə etdikləri, sərnişin sayının artımı, onların son dərəcə razı olmasına səbəb oldu. Tourist Class adı zamanla, Economy Class-a çevrildi və illər keçdikcə, günümüzdəki şəklini aldı.

29 Mart 2018 Perşembe

Economy class ilk dəfə nə vaxt tətbiq olunmağa başladı?




Əslində, hər kəs ayrı-seçkiliyə qarşıdır. Amma real həyatda belə deyil. Bu fərqin əsas hiss olunduğu yerlərdən biri də, təyyarə ilə səyahətdir. Sərnişinlər eyni təyyarənin içərisində, eyni vaxtda, eyni yerdən və eyni bir istiqamətə səfər etsələr də, aldıqları biletlərin təklif etdiyi imkanlar əsasında fərqli xidmətlə səyahət edirlər. First Class, Business Class, Economy Class və son illərdə gedərək yayılan, Premium Economy Class, təyyarə daxilindəki fərqli xidmət siniflərini təyin etmək üçün istifadə olunan əsas elementlərdir. Bəs, Economy class ilk dəfə nə vaxt tətbiq olunmağa başlanıldı, bilirsinizmi?
Bu sualın cavabı üçün, 1950-ci illərə, nəzər yetirmək lazımdır. Həmin illərdə, aviaşirkətlərin bazara təqdim etdiyi (uçuş və təyyarədəki yer sayı) və bilet qiymətləri, IATA tərəfindən çox sıx şəkildə tənzimlənirdi. Bu səbəbdən aviaşirkətlər sərnişinlərə, öz təşəbbüsü ilə, yeni bir məhsul təqdim etməsi demək olar ki, mümkün deyildi. Təyyarə səyahəti bir növ “varlılara” məxsus idi. Bilet qiymətlərinin son dərəcə yüksək olduğu zamanlarda, aviaşirkətlər, IATA-nın razılığı əsasında"Tourist Class" adlanan yeni xidmət sinfi hazırladılar.
Tourist Class sərnişinləri çay, qəhvə, saqqız və şirniyyatlar pulsuz olaraq ala bilsələrdə, yemək istəyərlərsə, bunun üçün uçuşdan əvvəl ödəniş etmələri lazım idi. Həmçinin, bu sinfin sənişinlərinin baqaj haqqı da, 30 kq əvəzinə 20 kq olaraq, təyin olunmuşdu. Oturacaqları yatağa çevrilmədəyi kimi, təyyarədə, sərnişinlərin səyahət əsnasında bir araya gəlib, söhbət edə biləcəyi bir salon hissəsi də yox idi.
Yeni xidmət sinfi hava yolu şirkətləri tərəfindən həyacanla, eyni zamanda böyük bir narahatlıqla qarşılandı. Lakin, Tourist Class üçün əvvəlcədən olunan sifarişlər, bir çox aviaşirkətlərin narahatlığını aradan qaldırdı. İkisi ABŞ-a məxsus olmaqla, Amerika ilə Avropa arasında səfər edən ümumi 11 hava yolu şirkəti, ilk ay üçün bütün Tourist Class biletlərinin hamısını daha əvvəldən satmışdı.

  • Mövzunun davamı növbəti paylaşımda olacaq...

Yazın xoş ətri duyulur🌹😍




27 Mart 2018 Salı

Baku Spotting Team nədir və fəaliyyəti nədən ibarətdir?





“Spotting” ingilis sözü olub , bir şeyi aşkar etmək , aydınlatmaq deməkdir. Aviasiya və fotoqraflıq sevgisi bir araya gəldiyi zaman təyyarə spottingi yaranır . Qısacası Spotting aviasiya fotoqraflığıdır.
Təəsüff ki , ölkəmizdə bu hobbi növü ilə maraqlananlar demək olar ki, yox səviyyəsindədir. Ona görə ,biz 5 aviasiya intuziastı olaraq, Azərbaycanın ilk spotting komandasını qurmaq qərarına gəldik. Əsas məqsədimiz ölkəmizdə spottingə və ən əsası da aviasiyaya olan marağı artırmaqdır.
Baku Spotting Team olaraq, 2013-cü ildə 3 üzv ilə Ələsgər Novruz, Tamerlan Hacıyev və Əsgər Əsgərovla yaransa da daha sonra, irəliləyən tarixdə yeni üzvlərin qatılması ilə Asif Seyidov və 2017-ci ildə isə ilk xanım spotter Solmaz qatılaraq, Baku Spotting Team üzvlərinin sayı 5-ə çatıb. Qrup üzvlərini daha yaxından növbəti paylaşımlarda tanıyacaqsınız. Qısa müddət ərzində, yaranan komandanın uğurlarıda az olmayıb.
Azərbaycan Hava Yollarının təşkil etdiyi spottingə də 2016-cı ilin Avqust ayında qatılmışdıq. Bu Azərbaycanın ilk rəsmi spottingi idi. 2016-cı ildə Ukraynada keçirilən ən böyük Avia Festivalda iştirakımız baş tutub. 2017-ci il isə bizim üçün başqa bir uğurlu il oldu. Spotterlərimiz dünyanın ən məşhur aviasalonlarından biri olan “MAKS 2017” aviasərgisinə qatıldılar. Bununla yanaşı daha bir üzvimiz isə 2017-ci il oktyabr ayında keçirilən Buta Airways və Azərbaycan Hava yollarının sayca, 3-cü rəsmi spottingində iştirak hüquqi qazanmışdır. Bundan bir müddət əvvəl isə, Airbus şirkətinin keçirdiyi aviasiya fotoqrafçılıq yarışmasında, Baku Spotting Team üzvlərindən bir spotterimiz final mərhələsinə vəsiqə qazana bilmiş və 1ci yerə layiq görülmüşdü. Həmçinin, Borispol Hava limanında Ukrayna Hava Yollarının yeni Boeing 777-200ER və Azur Air Boeing 737-900 təyyarələrinin qarşılanma mərasimində iştirak edib.








Heydər Əliyev Beynəlxalq Aeroportu növbəti dəfə postsovet məkanının ən yaxşı aeroportu seçilmişdir!




  • Mənbə: @bakuairport

Heydər Əliyev Beynəlxalq Aeroportu ardıcıl olaraq ikinci il hava limanı sənayesi üçün ən nüfuzlu qiymətləndirmə olan "Skytrax World Airport Awards" mükafatına layiq görülmüşdür. Skytrax mükafatının təntənəli təqdimat mərasimi Stokholmda (İsveç) keçirilmişdir.
Azərbaycanın əsas hava limanı Rusiya və MDB ölkələrinin bütün aeroportları arasında göstərilən xidmət səviyyəsinə görə ən yaxşılar siyahısına yenidən başçılıq etmişdir. Bakının hava limanı artıq ikinci ildir ki, bu nominasiyada liderliyini qoruyur.

Bundan başqa, Heydər Əliyev Beynəlxalq Aeroportu hər il beş milyona kimi sərnişinə xidmət göstərən dünya aeroportları siyahısında üçüncü yeri tutmuşdur. Siyahıya London-Siti aeroportu başçılıq edir.
Daha bir nüfuzlu nominasiyanı Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni aerovağzal kompleksi (Terminal 1) almışdır. Belə ki, o, dünyanın ən yaxşı terminallarının onluğuna daxil olmuşdur. Bu reytinqin lideri Londonun Hitrou hava limanı (Terminal 2) olmuşdur. “Skytrax” tərəfindən keçirilən və 550 hava limanı arasında sərnişinlərə xidmət və şəraiti qiymətləndirən hava limanlarının qlobal inspeksiyası dünya hava limanı sənayesi üçün keyfiyyət etalonu sayılır. İnspeksiya və mükafat hava limanının nəzarəti və müdaxiləsindən asılı deyil və buna görə də, hava limanının mükəmməllik və keyfiyyəti üzrə obyektiv göstəricidir. İnspeksiya dövründə "Skytrax" həmçinin 100 ölkədən 13,73 milyon sərnişin arasında sorğu keçirmişdir.

26 Mart 2018 Pazartesi

İkinci ən uzun təyyarə səfəri 17 saat davam etdi





Avstraliya hava yolu şirkəti olan Qantas, Avstraliyadan İngiltərəyə ilk birbaşa uçuşunu 17 saatda reallaşdıraraq, dünyanın ən uzun ikinci səfərini etdi. 
Avstraliyanın Perth şəhərindən 200 sərnişin və 16 ekipaj üzvi ilə ayrılan Boeing 787-9 Dreamliner tipli sərnişin təyyarəsi, 14 min 498 kilometr yol qət edərək, Londonun Heatrow Havalımanına uğurla eniş edib.
Bundan daha əvvəl isə Qatar Hava yolları Doha – Auckland səfəri ilə ilk ən uzun uçuşunu etmişdi və öz birinciliyini hələ də saxlayır.

24 Mart 2018 Cumartesi

Danışmağa hekayələriniz olsun...





  • Həyatınızı macəralarla doldurun, cisimlərlə deyil. Danışmağa hekayələriniz olsun, göstərəcək əşyalarınız deyil.

"Cabin crew, slides armed and cross check" nədir?






Ən azı bir dəfə təyyarə ilə səyahət etmisinizsə, bort bələdçisinin çetinliklə başa düşülən “Cabin crew, slides armed and cross check!” ifadəsini eşitmişsinizdir. Uçuşdan əvvəl deyilən bu ifadə "Kabin ekipajı, evakuasiya slaydlarını hazır vəziyyətə gətirin, bir-birinizi yoxlayın" mənasını verir. Enişdən sonra isə “Cabin crew, slides disarmed and cross check” yəni “Kabin ekipajı, slaydlarla heç bir işimiz yoxdur, bir-birinizi yoxlayın.” Bəs bu evakuasiya slaydları və bu qədər əhəmiyyətli bir şey niyə avtomatik olaraq həyata keçirilmir?
Evakuasiya slaydları, FAA (Federal Aviation Administration) standartlarına görə, qapıların yerdən təxminən 1,8 metr yüksəkliyində olan, bütün mülki təyyarələrdə yerləşdirilməlidir. FAA standartlarına görə, evakuasiya slaydlarının fövqəladə vəziyyətdə -53.9 ilə 71.11 ºC arasındakı temperaturda və 46 km/s sürətlə əsən külək altında, qıvrılıb bükülmədən 6 saniyədə açılması lazımdır. Sərnişin təhlükəsizliyi baxımından bu qədər əhəmiyyətli olan bu sistemin, əl ilə işə salınmasında əsas məqsəd isə, "nasazlığa qarşı etibarlı" yəni mümkün qədər mexaniki olmasını təmin etməkdir. Hətta, bəzi təyyarələrin bəzi qapıları, yalnız fövqəladə çıxış məqsədli hazırlandığı üçün daima "Slides Armed" mövqedə tutulur.
Uçuşdan əvvəl kabin üzvləri, kabin nəzarətçisindən gələn xəbərdarlıq ilə slaydları hazır vəziyyətə gətirirlər. Fövqəladə bir halda, slaydlar armed olan zaman təcili çıxış qolu qaldırıldığında/çəkildiyində qapı kilidi açılır. Qapı bu mövqedə itələndiyi zaman, təcili çıxış sistemi aktivləşdirilir, qapı açılır və slayd avtomatik olaraq şişməyə başlayır. Enişdən sonra isə "slaydların səhvən açılması"nın qarşısını almaq üçün disarmed olaraq saxlanılır. Həmçinin təyyarə yerdə olan zaman slaydlar açılarsa, bu aviaşirkətə ciddi maliyyə zərərinə də səbəb olur.

19 Mart 2018 Pazartesi

27-28 May SOLOTÜRK Azərbaycanda!



27-28 May 2018-ci il Bakı səması iki qat titrəyəcək!!! 
SOLOTÜRK Azərbaycanda Bakıda!

Mənbə: Azerbaijan Air Force və SOLOTÜRK F-16 gösteri ekibi.

15 Mart 2018 Perşembe

"Səmadan Sevgilərlə" göndərdi: Yunis Mirzəzadə ✈


 

  • Göndərdi: Yunis Mirzəzadə ✈



Əgər sizdə də, öz çəkdiyiniz şəkil və ya video varsa, mənim aviabloggers@gmail.com poçt ünvanıma göndərə bilərsiniz.📩 


  • QEYD: Xahiş edirəm, göndərən zaman ad və soyadınızı da doğru qeyd edəsiniz.☺




13 Mart 2018 Salı

Buta Airways ilə ALANYA




07 iyun tarixində, Buta Airways Alanyaya ilk birbaşa reysini həyata keçirəcək. Reyslər həftə də iki dəfə olmaqla (4-cü və 6cı günlər) Embraer 190 təyyarəsi ilə Gazipaşa hava limanına yerinə yetiriləcək. 
Biletləri, www.butaairways.az saytından əldə edə bilərsiniz.

Bu arada biletlərlə bağlı hədsiz suallar alıram. Bunun üçün də ayrı bir yazı hazırlayacam və suallarınızı cavablayacam.

12 Mart 2018 Pazartesi

Yeni bir başlanğıc...




Hər kəsə xoş və bol səyahətli bir həftə arzu edirəm. 

Bu gün sizləri növbəti kapitan pilotumuz ilə tanış edəcəyəm.

10 Mart 2018 Cumartesi

THY-nın hava gəmiləri sırasında A350-ləri də görmək mümkün olacaq





Türk Hava Yollarının(THY) aylardır davam edən təyyarə sifarişinin, dünən edilən idarə heyəti yığıncağı ilə yekunlaşdı. THY, 25-i dəqiq 5-i opsion ümumi 30 ədəd Boeing 787-9 və 25-i dəqiq, 5-i opsion ümumi 30 ədəd Airbus A350-900 tipli təyyarəsi flotuna əlavə edir. Təslimatlara 2019-cu ildən başlanılacaq. 

Verilən açıqlamalara əsasən, 2019-ci ildə 6 ədəd, 2020-ci ildə 14 ədəd, 2021-ci ildə 10 ədəd, 2022-ci ildə 12 ədəd, 2023-ci ildə 11 ədəd və 2024-ci ildə 7 ədəd olmaqla, 50 ədədi dəqiq və 10 ədədi opsion olmaq üzrə cəmdə 60 ədəd geniş gövdəli təyyarələrin satın alınmasına qərar verilmişdir. Xeyirli olsun!

  • *Opsion (Option) – spekulyativ sövdələşmədir, bu sövdə gələcəkdə müəyyən tarixdə hər hansı bir məhsulu müəyyən qiymətə əldə etmək hüququ verir, lakin onun mütləq alınması ilə bağlı öhdəçilik yaratmır, alış qiyməti isə sövdə imzalanarkən müəyyən olunur və özündə satıcının komissiyalarını da əhatə edir.

Photo by Cenk Saysel 

9 Mart 2018 Cuma

"Səmadan Sevgilərlə" göndərdi: Çingiz Jafarov ✈




  • Göndərdi: Çingiz Jafarov ✈

Əgər sizdə də, öz çəkdiyiniz şəkil və ya video varsa, mənim aviabloggers@gmail.com poçt ünvanıma göndərə bilərsiniz.📩 


  • QEYD: Xahiş edirəm, göndərən zaman ad və soyadınızı da doğru qeyd edəsiniz.☺ 

Pəncərələr niyə ovaldır?




Aviasiyada reaktiv təyyarə dövrü, İngilis istehsalı De Havilland Comet təyyarələrinin 2 May 1952-ci ildə rəsmi olaraq, xidmətə girməsiylə başladı. Yəni artıq daha yüksək bir hündürlükdə, daha yüksək bir sürətlə uçuş dövrünə keçirdik. Comet təyyarələri, səma ilə görüşməsindən qısa bir müddət sonra ard-arda qəzalar etməyə başladı. Əvvələr bunun pilotaj səhvi olduğu düşünülsə də, qəzaların ardı-arası kəsilməyincə Cometlər xidmətdən çəkilərək, geniş əhatəli bir araşdırma fəaliyyətinə başlanıldı.

Təyyarələrdən biri tamamilə suya batırılaraq, təzyiq testləri tətbiq olunmağa başlanıldı. Bu testlərin nəticəsində, təyyarənin 4 bucaqlı bir şəkildə hazırlanmış olan pəncərələrinin kənarlarında, havada meydana gələn yüksək təzyiq səbəbi ilə çatlaqlar meydana gəldiyi, bu çatlaqların da irəliləyərək təyyarənin gövdəsində böyük yırtıklara yol açdığı görüldü. Yəni qəzaların əksər səbəblərindən biri də pəncərə dizaynı idi. Həll yolu olaraq isə, təyyarə pəncərələri qövslü hala gətirildi. Mərkəz nöqtəsi olmayan qövslü pəncərələr, meydana gələn gərginliyi paylayaraq çatlaq və qırılmaları ən aza endirir. Dairəvi forması daha güclü və deformasiyaya qarşı müqavimətlidir. Təyyarələr də bunun nəticəsində təzyiq fərqlərindən təsirlənmir.

7 Mart 2018 Çarşamba

"Səmadan Sevgilərlə" göndərdi: Edhem Haciyev ✈





  • Göndərdi: Edhem Haciyev ✈

Əgər sizdə də, öz çəkdiyiniz şəkil və ya video varsa, mənim aviabloggers@gmail.com poçt ünvanıma göndərə bilərsiniz.📩 


  • QEYD: Xahiş edirəm, göndərən zaman ad və soyadınızı da doğru qeyd edəsiniz.☺

6 Mart 2018 Salı

Səs, kamera, motor!




Bu gün, sizlərə aviasiya həvəskarlarının sevdiyi və sizlərin də izləyə biləcəyiniz filmlərin siyahısını təqdim edəcəm. Bu arada unutduğum filmlər də ola bilər. Ona görə bu dəfə ki, yazım da sizlər də mənə kömək edə bilərsiniz. Rəy də izlədiyiniz kinoların adlarını və kino haqda qısa bir məlumat qeyd edin. Amma filmlərdən çox spoiler verməmək şərti ilə.
Top Gun (1986)
The Aviator (2004)
Flyboys (2006)
Pearl Harbor (2001)
Airplane (1980)
Con Air (1997)
Air Force One
Рыцари неба / Les chevaliers du ciel (2005)
Экипаж (2016)
Up In The Air (2009)
Flight 93 (2006)
Sully movie (2016)
Amelia Earhart: The Final Flight (1994)
Non-stop film (2014)
Anadolu Kartalları (2011)
The Terminal (2004)
Left behind (2014)
Flight world war II (2015)
Flight plan (2005)
Управляя полётами (1999)

Davamını siz yazın... 

3 Mart 2018 Cumartesi

Baku Spotting Team - Boeing 777 təyyarəsinin qarşılanma mərasimində!






Azərbaycanın, ilk və yeganə spotting komandası növbəti uğuruna imza atdı.
Baku Spotting Team, Ukrayna Hava Yollarının yeni təyyarəsi olan Boeing 777-200ER -in qarşılama mərasimində iştirak etdi. Təyyarənin içinə girməyə icazə verildi, əlavə olaraq hava yolları tərəfindən qonaqlar üçün çərəzlər və içkilər təşkil olundu.
Bundan bir müddət əvvəl isə, Airbus şirkətinin keçirdiyi aviasiya fotoqrafçılıq yarışmasında, Baku Spotting Team üzvlərindən bir spotterimiz final mərhələsinə vəsiqə qazana bilmişdir. 100-lərlə fotoqrafın arasından seçilən 5 finalçıya qalib gələrək, 1-ci yerə layiq görülmüşdü.
Həmçinin, Aviabloggers olaraq bu gündən etibarən yerli aviasiya səhifələrinə və travelbloggerlərə dəstək olmağa hər zaman hazırıq. Bunun üçün isə səhifəniz və ya bloqunuz haqqında ümumi məlumatı aviabloggers@gmail.com poçt ünvanıma ətraflı şəkildə göndərməyiniz xahiş olunur.






Etihad Airways-in Bakıdan ilk fotoları










  • Müəllif hüquqları qorunur! ☺

  • Etihad Airways - Airbus A320 ✈❤ 

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...