11 Haziran 2018 Pazartesi

Pəncərədəki dəliyin sirri...



Yəqin ki, bütün təyyarə pəncərələrinin alt hissəsində yerləşən kiçik dəlik diqqətinizi cəlb edib. Təyyarə yerdən yüksəldikcə, həm kabin daxilində, həm xaricində təzyiq düşür. Kabinanın xaricindəki təzyiq düşgüsü, daxilindəkindən xeyli çoxdur. Bu təzyiq fərqi pəncərənin alt hissəsində yerləşən və “nəfəs dəliyi“ adı verilən kiçik dəliklə tarazlanır. Bu səbəbdən də bu kiçik dəlik, təyyarə təhlükəsizliyi baxımından çox böyük önəm daşıyır.
Təyyarə pəncərələri 3 qatdan ibarətdir. Orta qatda yerləşən nəfəs dəliyi, xarici və daxili qatlar arasındakı nəmi alır. Bundan əlavə pəncərədə don və duman yaranmasının qarşısını alır. Bu isə o deməkdir ki, əgər yerdən 10 minlərlə metr yüksəklikdə uçan zaman, səmanı və buludları görə biliriksə, bunun səbəbi məhz bu kiçik dəlikdir.
Əgər bundan sonra ki, növbəti səfərlərinizdə daha diqqətlə baxsaz, yüksək hündürlüklərdə uçuş zamanı həmin dəliyin ətrafında göz oxşayan donma izlərini (buz) görə bilərsiniz. Dəlik ətrafındakı bu don izləri, kabin daxilindəki havanın, soyuq pəncərə səthi ilə təması zamanı yaranır. Bu izlər, pəncərə temperaturundan, kabin havasının rütubətindən və dəlikdən keçən havanın miqdarından asılıdır.



9 Haziran 2018 Cumartesi

Təyyarədəki qulaqcıqlar niyə cüt girişlidir?



Bəli, bu gün hamının marağında olan bir mövzuya toxunacam. Təyyarədə verilən, qulaqcıqlar cüt girişli olur. Hətta, biznes sinifdəki qulaqcıqlar üç girişlidir. Bunun niyə belə tətbiq edildiyini bilirsinizmi? İlk olaraq, ağla “təyyarədən oğurlanmasının qarşısını almaq” gəlsə də əslində cüt və ya üçlü girişin məqsədi tam fərqlidir. Bu maraqlı sualın cavabı isə belədir:
Artıq, təyyarədəsiniz və uçuş boyu hansı filmi izləsəm deyə ağlınızdan keçirirsiniz. Oturacağınızda bir plastik paketdə "cüt girişli" qulaqcıq sizi qarşılayır və ya təyyarə bələdçisi uçuşdan əvvəl və uçuş əsnasında istifadə edəcəyiniz “amenity kit” ilə birlikdə qulaqcıq paylayır. Qulaqcıqların cüt və ya üçlü girişli olmasının əsas məqsədi, uçuş təhlükəsizliyi üçün edilən anonsu sərnişinə çatdırılmasını təmin etməkdir. Aviasiya qaydalarına əsasən, təyyarədə uçuşdan əvvəl sərnişinlərə, fövqəladə vəziyyətlərdə nə ediləcəyi haqqında məlumat izah edilməlidir. Bu məlumatlandırma, bələdçilər tərəfindən edildiyi kimi, eləcə də aviaşirkətlər tərəfindən hazırlanan videolarda da öz əksini tapır. Köhnə təyyarələrdə kabin əyləncə sistemində, anons bəzən dinlədiyiniz musiqi və ya film kanalındakı səsi kəsə bilmirdi. Buna görə də cüt girişli qulaqcıqlar ilə anons sərnişinə heç problem olmadan çatdırılmasına hədəflənmişdi. Hal-hazırkı, təyyarələrdə isə kabin içi əyləncə sistemləri çox inkişaf etmişdir. Təyyarədə anons edildiyi an, əyləncə sistemi avtomatik olaraq dayanır. Anonsu bitməsiylə, yenidən başlayır. Yəni, artıq bu cür cüt girişli qulaqcıqlara bir ehtiyyac qalmır. Amma, yenə də aviasiyanın bütünü, bir-birinə dəstək verən ehtiyyat sistemlərdən ibarətdir.
Təyyarə oturacaqlarına, qulaqcıq girişinin qoyulmağa başlandığı illərdə, qulaqcıqlar həyatımızın bir o qədər də parçası deyildi. Sərnişinlər, təyyarədə paylanan qulaqcıqları ümumiyyətlə geri vermək istəməzdi. Əvvəl ki, illərdə bu qulaqcıqların süngəri dəyişdirilib təkrar paylanılırdı. Hava yolları qulaqcıqların oğurlanmasının qarşısını almaq üçün, cüt girişliləri seçərdi. Beləliklə, işlənən bir qulaqcığı yenidən istifadə etmək mümkün olmazdı.

80 illik yubileyimiz mübarək olsun!







Mülki Aviasiya işçilərinin peşə bayramını ürəkdən təbrik edir və bu sahənin bir üzvi olmaqdan qürur duyuram!
80 illik yubileyimiz mübarək olsun! 

Azerbaijan Airlines - AZAL - Airbus A320 
Photo by me / Canon EOS 60D

Aviasiya qəza turbinin yerləşməsi



Aviasiya Qəza Turbini əsasən təyyarə fuzelyajının aşağı hissəsində və qanadında yerləşir. Bundan əlavə bəzi kiçik ölçülü təyyarələrdə burun hissədə yerləşdirilmiş turbinlərə də rast gəlinir.
Aviasiya Qəza Turbininin iş prinsipi Külək turbinlərinin iş prinsipi ilə eynidir. Yəni öndən əsən külək turbinin pərlərini firladır və bu da öz növbəsində turbinlə əlaqələndirilmiş hidravlik nasosu hərəkətə gətirir. Daha sonra isə bu sistemlə əlaqələndirilmiş generatorun hərəkətə gətirilməsi ilə elektrik enerjisi əldə olunmağa başlayır. Aviasiya Qəza Turbininin müəyyən istismar şərtləri vardır ki, təyyarə tiplərinə görə dəyişən bu şərtlər, “RAT”-in hansı hündürlüklər də və hansı sürətlərdə istifadə olunmasını bildirir. Həddindən artıq yüksək sürətlər “RAT”-I zədələyə, aşağı sürətlər isə onun pərlərinin “STALL” olmasına və effektivliyinin itirilməsinə gətirib çıxara bilər. Bundan başqa Aviasiya Qeza Turbini özü pərlərin hücum bucağını dəyişməklə hidravlik nasosda daimi və dəyişməz gücü təmin edir.
Aviasiya Qəza Turbinin struktur quruluşu və Hidravlik nasos(Hydrolic pump) - Sözsüz ki, bu enerji mühərriklərdən əldə olunan enerji ilə müqayisədə çox kiçik bir enerjidir(təqribən 1/20) və buna görə də təyyarə yalnızca RAT-dan qidalanan zaman, sərnişinlər üçün nəzərdə tutulmuş bütün əyləncə və rahatlıq sistemləri, o cümlədən kabinada yerləşən bir sıra ikinci dərəcəli sistemlər şəbəkədən ayrılır. Hidravlik sistemdədə eyni hal baş verir. Qeyd etmək lazımdır ki, Aviasiya Qəza Turbini təyyarənin son enerji mənbəyidir və əgər təyyarə yalnızca onun enerjisi ilə təmin olunursa ən qısa zamanda eniş etməlidir. Təyyarə eniş etdikdən sonra sürətin azalması ilə turbin öz effektivliyini itirir və təyyarənin qidalanması yenidən batareyadan həyata keçirilməyə başlayır.
İlk dəfə Aviasiya Qəza Turbini 1960-ci illərdə “Vickers VC-10” təyyarəsində tətbiq olunmuşdur.


Ən böyük Aviasiya Qəza turbininə malik təyyarə isə əlbəttə ki, öz ölçüləri və əzəməti ilə bütün rekordlara adını yazdıran Airbus A380 təyyarəsidir. Onun turbin pərinin diametri 163sm-dir.

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...