30 Nisan 2018 Pazartesi

Aviasiya həvəskarlarının əvəzolunmazları...



Şəkildə olanları hardan və necə aldım?
1. Aviasiyaya aid olan bir çox insanın açarında, çantasında rast gəldiyimiz və “ремувка” deyə adlandırdığımız əşyanı necə əldə etdiyimdən başlayacam ilk əvvəl. Şəkildə olan Buta Airways və Azerbaijan Airlines yazılı, ekskluziv remuvkaları @aviaruslan.320 yazaraq əldə edə biləriniz. Qiymət və çatdırılma haqqında bütün məlumatları sizə söyləyəcək.

Qeyd: Pilot və Remove Before Flight yazılı remuvkalar mənimdir.


2. Keçmiş Solotürk pilotu Yusuf Kurtun qələmə aldığı və bu peşəyə necə gəldiyindən bəhs edən “Göklerin Kurdu” kitabını isə @sherlock_bookstore dən sifariş etmişdim. Uzun müddət idi, Türkiyədən Bakıya kitab gətirən səhifələr axtarırdım. Daha sonra təsadüf nəticəsində tapdım.Həmçinin, Kerem Gökün “Uçak Kazaları” kitabınıda bu səhifədən tapa bilərsiniz. Sifariş 10 gün ərzində gəlir və çatdırılma var.
3. Kitabın üzərində olan təyyarə broşunu isə hər zaman olduğu kimi @mash.baku səhifəsində əldə etmişəm. İlk öncə çox təşəkkür edirəm, hər zaman əziyyətimi çəkirlər ürəyimcə olan bir aksessuarı tapana qədər. Artıq səhv etmirəmsə, 3-cü sifarişim idi bu səhifədən. Sifariş 2-4 həftə ərzində gəlir və çatdırılma var.
4. Nəhayət, hamının dəfələrlə soruşduğu “Təyyarə maketini hardan almaq olar?” sualının cavabı.Hər zaman bildirdiyim kimi mən maketləri özüm almıram hər biri hədiyyədir. Amma, sizlər üçün şəhərin bir sıra yerində və saytlarda axtarış etmişəm. @azerbaijanairlines və @butaairways məxsus təyyarə modellərini, aksessuarlar, hədiyyə dəstlərini "www.store.azal.az" saytından da əldə edə bilərsiniz. Digər təyyarə maketlərinə isə Xəqani Ticarət mərkəzində rast gəlmək mümkündür.




27 Nisan 2018 Cuma

Boeing 737 mühərriklərinin altı niyə düzdür?




Bəlkə də, bir çoxunuzun diqqətini çəkib, yeni nəsil B737-lərin mühərrikləri tam bir dairə formasında deyil. Bunun səbəbinin öyrənmək üçün, Boeing 737-nin ilk buraxıldığı illərə, 1960-cı illərin sonlarına nəzər yetirməyimiz lazımdır. B737 ilk dəfə, 10 fevral 1968-ci ildə Lufthansa filosunda rəsmi xidmətə girmişdi. 737-100 və 737-200 modellərində, Pratt & Whitney tərəfindən istehsal olunan J52 turbojet mühərrikinin modifikasiya edilmiş halı olan JT8D adlı, aşağı bypass nisbətli turbofan mühərriki istifadə edilirdi. İncə və uzun olan bu mühərriklər, qanadların altında yerləşirdi və 737-nin yerə yaxınlığı, hər hansı bir problem yaratmırdı. Ancaq sonrakı illərdə, təyyarələrdə istifadə edilməyə başlanan daha effektiv və daha səssiz turbofan mühərrikləri ilə birlikdə, 737-nin yerə yaxınlığı ciddi bir problem olaraq mühəndislərin qarşısına çıxdı. İş prinsipi turbojet mühərriklərdən fərqli olan, turbofan mühərriklərinin diametri daha geniş idi. CFMI tərəfindən istehsal olunan CFM56 tipli mühərriklərin, B737-ye quraşdırılması üçün bir sıra dizayn dəyişikliklərinin edilməsi lazım idi. Çünki, 737-nin yerdən yüksəkliyi, CFM56-nın qanadlara, JT8D tip mühərriklər kimi quraşdırılmasına maneə törədirdi.
Bunun həll olması üçün 3 şey edildi:
.Mühərrik, qanadların tam altına deyil, nisbətən ön tərəfinə və yerdən bir az daha yüksəkdə olması ilə təmin edildi.
️.Qanadlarda buna uyğun aerodinamik dizayn dəyişikliyi edildi.
.Köhnə model mühərrkilərdə aşağı hissədə yerləşdirilən ötürmələr qutusu və köməkçi hissələr, mühərrikin yan hissəsinə sürüşdürüldü, bir başqa sözlə, öndən baxıldığından saat 6 istiqamətində olan mühərrik hissəsi, saat 4 istiqamətində yerləşdirildi.
Nəticə etibarı ilə, bu cür qeyri-adi xarici görünüş ərsəyə gəlmiş oldu. Bu tip mühərrikləri B737-nin -300-dən -900 seriyasına qədər olan modellərində görə bilərsiniz. Boeing 737 ailəsinin ən yeni modeli MAX ilə təyyarənin yerdən yüksəkliyi bir miqdar artırıldığından, bu tiplərdə istifadə olunan və yenə CFMI istehsalı LEAP-1B tipli mühərriklərdə artıq yuxarıda bəhs etdiyim qeyri-adi xarici görünüşü görmək mümkün olmayacaq.



24 Nisan 2018 Salı

Bilirdinizmi, Airarabia rəsmi Twitter səhifəsində şəklimi paylaşıb?



Bəs bilirdinizmi ki, mənim bu şəkilim Airarabianın rəsmi Twitter səhifəsində paylaşılıb?

#Throwback 😉



Photo by me

Airarabia - A320




Air Arabia - Airbus A320

Photo by me
Heydar Aliyev International Airport / Spotting

21 Nisan 2018 Cumartesi

Düsseldorf Airport Terrace







Bu gün Almaniyada yaşayan, həmyerlimiz Aysel xanım Asadovanın bizimlə, Düsseldorf hava limanından olan təəsüratlarını bölüşəcək. Almaniyada olan hava limanlarında aviasiya sevərlərə xüsusi terracelar yaradılıb. Bunlardan biri də 2 il əvvəl Franfurkt hava limanında qurulmuşdu. Amma, bu gün Düsseldorf hava limanında “Airport´s Visitors Terrace” adlandırılan yerdən bəhs edəcəyik. 
Terrace hava limanın 3-cü mərtəbəsində yerləşir. Tam açıq havada iri bir sahədir, kvadrat formasında. Eniş edən və qalxan təyyarələri müşahidə etmək, baqajların yerləşdirilməsi, sərnişinlərin minməsi, təyyarənin uçuşa hazırlanması, texniki içşiləri, bir sözlə hər şeyi açıq və rahat izləmək olur. Giriş kartladır, kassadan almaq mümkündür. İlin bütün günü işləyən terrace giriş, böyüklər üçün cəmi 2.20 euro, əlillər, təqaüdçülər, tələbələr və məktəb uşaqları üçün 1.50 euro, 16yaş və 20-dən çox qrup gənclər üçün 1 euro, 6 yaşdan kiçik uşaqlara giriş isə ödənişsizdir. Kartı alıb, növbəti otağa yoxlanış üçün keçirsiz. Yoxlanışdan sonra isə açıq terraca daxil olursuz. Kart 1 gün ərzində qüvvədədir. Yəni istədiyiniz qədər terraceda qala bilərsiniz. Oturacaq yerləri mövcuddur. Xüsüsi Binokllarda var ki, onunla daha yaxından izləmək mümkündür. Qiyməti isə cəmi 1 eurodur.
Terrace giriş və çıxış saatı Aprel-Oktyabr aylarında 9-dan 8-ə qədər, Noyabr-Mart aylarında isə 10-dan 7-yə qədərdir. 
Həmçinin həftəsonlarınızı daha maraqlı keçirməniz üçün “Open Airport Cinema” var ki, yalnız İyul ayında fəaliyyət göstərir. Yolunuz düşərsə, mütləq getməyinizi tövsiyyə edərdim. Məlumat üçün Aysel xanıma təşəkkürlər. Növbəti dəfə Frankfurt hava limanından olan təəsüratlarını bizimlə bölüşəcək.





18 Nisan 2018 Çarşamba

Hey, Spotterlər toplaşın, gedək üzü Brüsselə...



Bir müddət əvvəl sizlərlə, Brüssel hava limanın, ümumi olaraq "Spotter" şəklində adlandırılan və təyyarələrin şəkillərini çəkən şəxslər üçün xüsusi 2 platforma inşa edəcəyini bildirmişdim. Nəticə isə budur dedilər və etdilər!
İldə təxminən, 22 milyon sərnişinə ev sahibliyi edən və bunun yanında hər gün onlarla şəxsin fotoşəkil çəkmək üçün ziyarət etdiyi Brüssel hava limanı beləliklə, əhəmiyyətli bir ehtiyacı qarşılamış oldu. Avropa Birliyinin əhəmiyyətli mərkəzlərindən biri olması ilə bir çox fərqli hava yolu şirkətinin səfər etdiyi bu liman, bu xüsusiyyətinə görə spotterların ayrıca marağına səbəb olur. Bu görə də yalnız Belçikalılar deyil, digər ölkə vətəndaşları da buraya təyyarələri çəkməyə gəlir. Çəkdikləri şəkilləri öz web və ya sosial şəbəkələrində yerləşdirməklə, həm hava yolu şirkətlərini, həm də hava limanlarını ödənişsiz reklam etmiş olurlar. Buna görə də spotterlərin uyğun bucağı tuta bilməsi üçün hava limanı iki yandan və iki səmtdən (Zaventem və Steenokkerzeel), 2 platforma inşa etdi. 
Necə deyərlər xeyirli uğurlu olsun, bizə də nəsib olsun. Biz də də bu sahəyə maraqlı bir çox insan və hətta @bakuspottingteam adlı qrupumuzda var. Amma hələ ki, öz imkanlarımız daxilində nələrisə etməyə çalışırıq. Ümid edirəm ki, gələcək də bizə də belə bir imkan yaradılar.




17 Nisan 2018 Salı

Təyyarə mühərriklərinin içində olan spiral formalı ağ nədir?




Nəhəng mühərriklərin tam ortasında, ağ rəngli, maraqlı bir işarə var. Bu işarə bəzi mühərriklərdə qısa bir xətt formasında, bəzilərində isə uzunluğu dəyişməklə birlikdə, bir vergülü (spiral) xatırlatmaqdadır.
Bəs təyyarə mühərriklərinin ortasındakı bu işarə nə işə yarayır? Bir funksiyası varmı? Yoxsa, mühərrik istehsalçıları bu işarəni, yalnız bəzək olsun deyəmi qoyur ora?
"Spinner cone" olaraq adlandırılan, təyyarə mühərriklərinin ortasında olan, o kiçik ağ işarənin əslində, ora məqsədsiz olaraq qoyulmayıb və son dərəcə həyati bir funksiyası var. Mühərrikin fırlanma sürətinə görə bu işarə, ağ bir ləkə və ya hipnoz edici bir spiral formasında görünə bilər. Apronda (rus.Перрон) işləyən şəxslər, işarənin formasına görə mühərrikin işlək vəziyyətdə olub-olmadığını "görərək" anlayır və mühərrikə təhlükəsiz bir məsafənin yanından yaxınlaşmır. Məlum məsələdir ki, təyyarə mühərriklərinin çox güclü çəkim sahəsi var və həmin sahəyə girən bir adamın başına heç istənməyən hadisələr gələ bilər. Ağlınıza, "Apronda işləyən birinin onsuzda mühərrikin işlək olduğunu eşidir" kimi bir düşüncə də gələ bilər. Amma, xüsusilə işlək hava limanlarında, eyni anda bir çox mühərrik işlədiyindən, burada vizual qavrayış, yəni görmə qabiliyyəti ön plana çıxır.

Bəs bu işarə, mühərrikə quş girməsinin qarşısını ala bilər?
Bu mövzuda müzakirələr sürətlə davam edir. Mövzuyla bağlı edilən araşdırmaların bir qismi, bu işarənin quş toqquşması üçün bir faydası olmayacağını söylədiyi halda, digər bir qismi isə, tam əksini iddia edir. Boeing və Rolls Royce firmaları isə, fırlanma sürətinin çox yüksək olduğunu, buna görə də quşların ortadakı ağ ləkəni görməsinin, mümkün olmadığını deyirlər. Necə deyərlər mübahisəli bir mövzudur.

Yeni həftədə, yeni üfüqlərə doğru




Yeni həftədə, yeni üfüqlərə doğru


Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...