17-ci Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər “AITF 2018” sərgisində bu gün mən də iştirak etdim. Əvvəl ki, paylaşımımda sərgi haqqında məlumat versəm də, təəsüff ki, gələn mesajlardan oxunmadığını gördüm. Hər il keçirilən sərgidə məni əsas maraqlandıran və diqqətimi çəkən hava yolu şirkətlərində olan yeniliklər idi. Yəni, məni maraqlandıran bütün sualları ünvanlayaraq, ətraflı cavabları aldım. Təbii ki, sizlər digər ölkələrin nümayəndələri və otellərlə də tanış ola bilərsiniz.
Hər il olduğu kimi, bu il də sərgi də Azərbaycan Hava Yolları, Buta Airways, Türk Hava Yolları və Air Arabia öz nümayəndələri iştirak edirdi. Bunu da qeyd edim ki, Azərbaycan Hava Yollarının stendini mütləq ziyarət edin. Bəlkə şanslı qalib elə siz olduz. Stend ziyarətçiləri, Azərbaycan Hava Yollarından, istənilən istiqamətdə pulsuz aviabilet əldə etmək şansı qazanırlar. Hər zaman olduğu kimi bu ildə öz maraqlı stendləri ilə göz oxşayırdılar.
Daha bir yenilik isə Etihad Airways idi. Nümayəndələri ilə tanış olmaq çox xoş oldu. Bildiyiniz kimi, Etihad həftə də 3 dəfə (həftənin 3,5,6 günləri) Bakı Abu Dhabi Bakı birbaşa reyslərini həyata keçirir. Reyslər, Airbus A320 təyyarəsi ilə yerinə yetirilməkdədir.
Bu qədər əziz dostlar, bir daha xatırlatmaq istərdim ki, sabah sərginin sonuncu günüdür. İştirak etməyi unutmayın.
P.S: Türk Hava Yollarının stendini çəkməyi unutmuşam.

#azerbaijanairlines #AZAL #flyAZAL #butaairways #flyButa #helloButa#bakuairport #HeydarAliyevAirport #fly #spotting #spotter #jetphotos #baku#azerbaijan #bakı #bakım #airport #airports #avfan #aviation #aviationlovers#instaaviation #aviationphotography #AVGeek #aviationdaily #airplane#airlines #airplane_lovers #pilots #aviabloggers
Hiç yorum yok:
Yorum Gönder