29 Mayıs 2018 Salı

Açıq Hava Turbini və ya Aviasiya qəza turbini




Aviasiya ilə yaxından maraqlanan həvəskarlar onu daha çox ingilis dilindən olan adı ilə “Ram Air turbine” və ya “RAT” olaraq tanıyırlar. Bu dəfə isə biz ona “Aviabloggers”-in gözündən baxacağıq və qismən də olsa bu sistemin nə işə yaradığını aydınlaşdırmağa çalışacağıq. Açıq Hava Turbini və ya Aviasiya Qəza Turbini təyyarənin ehtiyyat güc sisteminin döyünən ürəyi  hesab olunur. Hamımız çox yaxşı bilirik ki, günümüzdə təyyarələrin keyfiyyət və təhlükəsizlik standartları ən yüksək səviyyədədir. Təyyarə də, mühərriklərdən biri sıradan çıxdıqda belə çox rahat, təhlükəsiz şəkildə öz yoluna davam edə bilirlər. Çox nadir hallarda olsa da, bəzən təyyarələr tam güc itkisinə məruz qala bilir.
Misal olaraq, Qudzon çayında baş vermiş möcuzəvi enişi göstərmək olar. Quş dəstəsi ilə toqquşan Cesley Sullenbergerin kapitanı olduğu U.S. Hava yollarına aid Airbus A320 təyyarəsi hər iki mühərrikindən güc ala bilməmiş və nəticə də, Qudzon çayına qəza enişi etmək məcburiyyətində qalmışdı.

Bildiyimiz kimi müasir təyyarələrdə istifadə olunan elektrik enerjisi əsasən mühərriklərdə yerləşən elektrik generatorları vasitəsilə əldə edilir və bundan əlavə  idarəetmə səthlərini hərəkətə gətirmək üçün lazım olan hidravlik təzyiqi saxlayan nasoslar da öz gücünü mühərrikdən alır. Bu isə o deməkdir ki, olası bir tam güc itkisində təyyarə həm hidrovlik sistemində, həm də elektrik sistemində sıxıntı yaşayacaq, bu zaman batareyalar təyyarəni qidalandıracaq. Lakin onların da gücü təyyarə modelindən asılı olaraq, təqribən 30 dəqiqə müddətinə hesablanmışdır. Tam güc itkisi anında avtomatik olaraq Aviasiya Qəza Turbini (ing.RAT) işə düşür və buraxılma təqribən 3-5 saniyə çəkir, bu müddət ərzində təyyarənin qidalanması batareyalar vasitəsilə həyata keçirilir. Bundan başqa pilot kabinindən bunu manual olaraq da etmək mümkündür .


 Mövzunun davamı olacaq...

Hava limanı olmayan ölkələr hansılardır?



Soruşan olsa, hava limanlarında yaşayan adamdı, deyərsiniz“ deyimim bu mövzuya heç uyğunlaşmır. Çünki dünyanın hər hansısa bir yerində hava limanı olmayan ölkələrdə mövcuddur. Əslində bu deyim Tom Hanksin rol aldığı "The Terminal" filmindən gəlir. İzləyənlər mütləq bilir mövzunun nə olduğunu. İndi isə keçək əsas mövzumuz olan hava limanı olmayan ölkələrə. Bu ölkələrin beşi Avropa qitəsində, bir dənəsi isə Asiyada yerləşir. Hava limanı olmayan Avropa ölkələri aşağıdakılardır:
1- Andorra (əhali: 85,082, sahəsi: 467 km2)
2- Lixtenşteyn (əhali: 36.281, sahəsi: 160 km2)
3- Monako (əhali: 36,371, sahəsi: 2 km2)
4 - San Marino (əhali: 32,404, sahəsi: 61 km2)
5- Vatikan (əhali: 836, sahəsi: 0,44 km2)
Asiyadakı hava limansız ölkə isə, Fələstindir(əhali: 4.260.636, sahəsi: 6.220 km2).
Andorraya hava yolu ilə çatmaq istəyənlər, İspaniya sərhədləri içində olan və buraya 40 km məsafədəki Girona-Costa Brava Havalimanı istifadə edə bilər. Lixtenşteynə getmək istəyənlər, İsveçrədə olan və yenə təxminən, 40 km məsafədə olan St. Gallen-Altenrhein hava limanından faydalana bilər. Monaco üçün Nice Côte d'Azur, San Marino üçün Rimini Federico Fellini, Vatikan üçün Romadakı havalimanlarını və Fələstin üçün Tel Aviv Ben Gurion Havalimanından istifadə, hava yolu ilə səhayəti üçün ən asan nəqliyyat şəkli olaraq görünür.

Azerbaijan Airlines - AZAL - Airbus A340



Heydar Aliyev INTL Airport / Spotting📷
Photo by me / Canon EOS 60D📷

Azerbaijan Airlines - AZAL - Boeing 787 Dreamliner




Heydar Aliyev INTL Airport / Spotting📷
Photo by me / Canon 60D📷

25 Mayıs 2018 Cuma

"Səmadan Sevgilərlə" göndərdi: Nicat Abdullayev ✈



Göndərdi: Nicat Abdullayev 
Airbus A340 olduğu şəhərləri tapın.😉






Əgər sizdə də, öz çəkdiyiniz şəkil və ya video varsa, mənim aviabloggers@gmail.com poçt ünvanıma göndərə bilərsiniz.📩 QEYD: Xahiş edirəm, göndərən zaman ad və soyadınızı da doğru qeyd edəsiniz.

Təyyarənin cockpiti necə olacaqdı?




Dünən ki mövzunun davamı... 

Ancaq bir problem var idi. Təyyarənin cockpiti harada olacaqdı?

Layihənin bu mərhələsində, təyyarəyə günümüzdəki o əzəmətli görünüşü bəxş edən,“ikinci mərtəbəsi” dizayna daxil edildi. Təyyarənin ön hissəsini bir yük qapısı olaraq istifadə etmək üçün ikinci mərtəbə dizayn edildi və cockpit oraya yerləşdirildi. Əvvəlcə cockpit yarımkürə olaraq dizayn edilmişdi. Lakin, bu dizayn uçuş zamanı ciddi müqavimət və sürtünməyə səbəb olduğu üçün , təyyarənin ikinci mərtəbəsi su damlasını xatırladacaq formada dizayn edildi və teyyarənin quyruğuna doğru uzadıldı. Bu nöqtədə Juan Trippe yenidən proyekte müdaxile edir və cockpitin arxasındakı bölmənin yalnız 1st class sərnişinlərin istifadə edə biləcəyi xüsusi lounge və bar kimi edilməsini təklif etdi. Lakin 1973-cü il neft böhranından sonra buraya da oturacaqlar yerləşdirilib, sərnişin qəbuluna başlanıldı. Zamanla Boeing 747-nin daha uzun versiyalari istifadəyə verildi.

Boeing 747-nin ön hissəsi niyə iki mərtəbəlidir?




Bir tərəfdən İkinci Dünya müharibəsinin izləri soyuyarkən, digər tərəfdən sərnişin təyyarəsi istehsalçıları səsdən sürətli sərnişin təyyarəsi proyekti üzərində işə başlamışdılar. 1960-cı illərdə İngiltərənin və Fransanın birgə istehsalına başladığı Concorde və Sovet Tupolev Tu-144 layihələri artıq, bütün dünyaya səsini duyura bilmişdi. Günümüzdə "The Heavens Queen"(Göylərin Kraliçası) adlanan Boeing 747-nin inkişaf prosesi isə bu hadiseler fonunda sakitcə davam edirdi . Bir sozle, aviasiya tarixinin şah əsəri öz sözünü sonda deyəcəkdi. Bundan əlavə həmin ərəfələrdə Boeing-in özünün səsdən sürətli sərnişin təyyarəsi proyekti olan “2707”-də havalanmağa hazırlaşırdı.
Boeing mühəndisləri və idarə heyyəti bütün bu hadisələr fonunda, standart sərnişin təyyarələrinin sonrakı illərdə köhnəlmiş olacağını və bütün sənayenin səsdən sürətli təyyarələrə kecid ede biləcəyinə inanırdılar. Bu fikri, Boeing-in ən əhəmiyyətli müştərisi olan, əfsanəvi hava yolu şirkəti Pan Am'ın qurucusu və prezidenti Juan Trippe də dəstəkləyirdi. Onun fikrincə səs sürətinə qədər ki, təyyarələrlə gələcəkdə yalnız yükdaşıma məqsədi üçün istifadə ediləcəkdi. Aviasiya sənayesinin bu qeyri-deqiq vaxtında B747-nin taleyinin nə olacağı hələ də bir müamma olaraq qalırdı. 
Nəticədə, Boeing 747-nin sadəcə bir sərnişin təyyarəsi olaraq deyil, eyni zamanda sərfəli istifadə oluna biləcək bir kargo təyyarəsi olaraq da dizayn olunmasına qərar verildi. Bu baxımdan, Boeing 747-nin ön hissəsi böyük bir yük qapısı olaraq dizayn olundu. Bu, Boeing 747 ilə standart yüklərlə yanaşı, eləcə də digər təyyarələrə yüklənə bilməyən böyük ölçülü yüklərinin nəqlini də mümkün etmiş oldu... Mövzunun davamı olacaq...



AVİA Bloggers sayca 4-cü spottingdə iştirak etdi



"Azərbaycanın Mülki Aviasiyası – 80 il!” - Spotting
19 may, Heydər Əliyev Beynəlxalq Hava Limanında sayca, 4-cü spotting baş tutdu. Bu dəfə ki, spottinqdə mənə ən maraqlı olan təyyarələrdən biri, Airbus A340 ilə çəkiliş etmək idi. Onun ətrafında olmaq, pilot cabinində çəkiliş etməkdən bir başqa zövq aldım. Ən sevdiyim təyyarələrdən biridir.Spotting zamanı Azerbaijan Airlines Airbus A340 ilə yanaşı, Airbus A319, Airbus A320, Boeing - 787 Dreamliner, Buta Airways Embraer - 190, irAero - Sukhoi Superjet 100, Qatar Airways Airbus A320, Air Arabia Airbus A320 və S7 Airlines Airbus A319 təyyarələrini çəkmək şansım oldu.Hər birini təbii ki, sizlərlə bölüşəcəm.
Sonda isə Heydər Əliyev Beynəlxalq Hava Limanına, Azərbaycan Hava Yolları və Buta Airwaysə yaratdıqları şəraitə görə sonsuz təşəkkürlər. Spottingin sonunda hər bir iştirakçıya kiçik xatirə hədiyyələri təqdim olundu. Buta Airways təyyarə modelinə görə isə xüsusi təşəkkürlər.
Bu arada dünən çoxlu mesajlar aldım, spottingdə iştirakla bağlı. Əziz dostlar, Spotting olacağını əvvəlcədən məlumat olaraq paylaşmıışdım. Sadəcə, paylaşılan məlumatlara nəzər yetirmək lazım idi. Ərizə verib qəbul olmayanlar isə, ruhdan düşməyin növbəti Spotting daha maraqlı olacaq. Səhifəni izləyin ki, hər bir yenilikdən xəbərdar ola biləsiniz.



Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...