Heydər Əliyev Beynəlxalq Aeroportu “Azərbaycanın Mülki Aviasiyası – 80 il!” şüarı altında keçiriləcək növbəti rəsmi spottinq barədə elan edir!
Tədbir şənbə günü, 19 may 2018-ci ildə keçiriləcək. (təxmini saat 16:00-dan 19:00-a kimi). Spottinqə həm peşəkar fotoqraflar, həm də fototexnika üzrə yüksək biliklərə sahib mülki aviasiya həvəskarları dəvət olunurlar.
Fotoqraflar təyyarələrin uçuş və enişini, yerüstü aerodrom xidmətlərinin işini, hava gəmilərinin yedəklənməsini və s. fotoçəkiliş etmək imkanını əldə edəcəklər.
Tədbir AZAL-ın, həmçinin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin (ATBİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.
İştirak üçün ərizələr 17 maya kimi bu linkdə göstərilmiş forma üzrə qəbul edilir: http://bit.ly/spotting_may2018
Ərizəni maksimum ətraflı şəkildə doldurmağınızı xahiş edirik.
İştirakçıların minimal yaş həddi 18 yaşdır (iştirak etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır). Diqqətinizə çatdırırıq ki, yerlərin sayı məhduddur, iştirakçıların tam siyahısı təşkilatçılar tərəfindəm formalaşdırılacaq.
İştirakı təsdiq etmək üçün "Azərbaycan Hava Yolları"-nın mətbuat xidmətinin əməkdaşları tərəfindən cavab məktub göndəriləcək.
Mənbə: @bakuairport
Hiç yorum yok:
Yorum Gönder