Boeing 737 ilə Airbus
A320-ni ilk baxışda bir-birlərindən fərqləndirmənin ən asan üsullarından biri də,
təyyarələrin kokpitinin üst hissəsində kiçik pəncərələr olub-olmadığını diqqət etmək
idi. Boeing 737-i, ən böyük rəqibi A320-dən fərqli olaraq, kokpit əsas pəncərələrinin
üst tərəfində, ikisi sağda, ikisi solda olmaqla, ümumi dörd dənə kiçik pəncərəyə
sahib olmasıydı. 2005-ci ildən etibarən, Boeing istehsal etdiyi 737 təyyarələrdən
bu pəncərələri çıxardı.
Bəs bu pəncərələr nə üçün var
idi və nə işə yarayırdı?
Boeing 737, 1960-cı illərin
sonunda xidmətə başlayan bir təyyarədir. O dövrdə bu kiçik pəncərələr, edilən
manevrlər zamanı, pilotların görüş bucağını artırmaq üçün hazırlanmışdı. Ancaq,
zaman içərisində inkişaf edən naviqasiya sistemləri, bu kiçik pəncərələri lüzumsuz
hala gətirdi. Ona görə də, 2004-cü ildən B737-nin istehsalında bu pəncərələr
çıxarılmağa başlandı. 2005-ci ilin yanvar ayında ilk kiçik pəncərələri
olmayan B737 fabrikdən çıxdı. Amma, Boeing bununla da kifayətlənmədi. 2006-ci
ilin ortalarından etibarən, hava yolu şirkətlərinin istifadəsinə təqdim etdiyi
bir yeniləmə paketiylə, 2005-ci ildən əvvəl istehsal olunan 737-lərin kiçik pəncərələrinin
bağlanılmasına icazə verdi. Boeing-in bu qərarına ən çox pilotlar sevinmişdi.
Çünki bu pəncərələr cockpitdə səs-küyə, temperaturun artmasına və həddindən
artıq işığa görə göstəricilərin çətinliklə görülməsinə səbəb olurdu.
Hiç yorum yok:
Yorum Gönder