27 Şubat 2018 Salı

Səmada uçan bir təyyarəni tanımaq mümkündürmü?




Təyyarənin tipini tapmaq, hansı olduğunu öyrənməyə çalışmaq aviasiya həvəskarlarının ən sevimli məşğuliyyətlərindən biridir. Havalimanı yaxınlarında yaşayırsınızsa və ya mənim kimi sırf səmadakı təyyarələri izləmək üçün havalimanın ətrafına gedirsinizsə, deməli siz də aviasiya vurğunlarından birisiniz. Bəs uçan bir təyyarəni necə tanımaq olar?

Bunu tanımağın bir neçə yolu var. Məsələn, bəzi havayolları özlərinə xas təyyarə boyamalarından (emblemi və ya quyruq rəngi-loqosu kimi), Boeing 747 və ya Airbus 380 kimi yadda qalan bir siluetə sahib təyyarələri təyin eləmək çox asandır. Təyyarənin böyüklüyü, onu təyin etmək üçün əsas amillərdən biridir. İncə, kiçik, dar gövdəli təyyarələr böyük bir ehtimalla, Airbus A320 və ya Boeing 737-dir. Daha böyük təyyarələr isə Airbus A330 və ya Boeing 777-dir. Bunlar arasındakı fərqi isə qanad uclarının fomalarına görə anlaya bilərsiniz. Əgər 4 mühərrikli bir təyyarədirsə, Boeing 747, Airbus A340 və ya Airbus A380 bunlardan biridir. B747-ni donqar, dünyanın ən böyük təyyarəsi A380-ni isə, 2 mərtəbə olması ilə asanlıqla ayırd edə bilərsiniz.

Gecə baxdığınız zaman, təyyarənin qanadlarının ucundakı ağ işıq(STROBE) 2 dəfə və sürətli bir şəkildə yanıb sönürsə Airbus, 1 dəfə yanıb sönürsə bu Boeingdir. Əgər uçan bir təyyarələ ilə bağlı başqa detalları da bilmək istəyirsinizsə, bunun üçün texnologiyanın nemətlərindən faydalana bilərsiniz. Hansı təyyarənin hara uçduğunu, təyyarə növünü, qeydiyyatını, hansı hündürlükdə və sürəti kimi bütün detallarla birlikdə, real zamanda Flightradar24 web saytı ilə və mobil tətbiqi üzərindən izləyə bilərsiniz. FlightAware.com-da bu kimi xüsusiyyətləri özündə birləşdirən digər tətbiqlərdən biridir. Üstünüzdən hansı təyyarənin uçduğunu öyrənmək üçün bir digər üsul də Siri-dir. Təkcə ona "what plane is overhead?" deyə soruşsanız Siri, bir çox detal ilə birlikdə yaxında uçmaqda olan təyyarələrin, siyahısını sizə təqdim edəcək.

UNUTMADIQ!!!


"Səmadan Sevgilərlə"göndərdi: Mehti Mirzayev ✈



  •  Göndərdi: Mehti Mirzayev ✈

Əgər sizdə də, öz çəkdiyiniz şəkil və ya video varsa, mənim aviabloggers@gmail.com poçt ünvanıma göndərə bilərsiniz.📩 Bu arada səhifədə dəyişiklər olunduğu üçün "Sizdən Gələnlər" bölməsinin adını "Səmadan Sevgilərlə"yə dəyişdim. Ümid edirəm bəyənərsiniz.

  • QEYD: Xahiş edirəm, göndərən zaman ad və soyadınızı da doğru qeyd edəsiniz.☺ 


23 Şubat 2018 Cuma

Günün ən xoş xəbəri JETPHOTOSdan!😍




Buta Airways-ın Spottingi zamanı çəkdiyim Cockpit, JetPhotosda 2000 baxış alaraq, ən çox baxılan şəkillər sırasındadır! Xatırladım ki, çəkilən hər bir şəkil Jetphotos.com saytı tərəfində qəbul olunmur.😎

Ən gənc xanım Kapitan pilotu Burcu Yiğit






Türk Hava Yollarının ən gənc xanım Kapitan pilotu Burcu Yiğit. 29 yaşında bu ada layiq görülən Burcu Yiğit, Türk Hava Yollarında çalışan və 12 kapitanı olan 76 qadın pilot arasında ən gənc qadın kapitan pilotudur. 12 xanım kapitan pilot arasında ən gəncidir və hal-hazırda 34 yaşındadır. 

Türk Hava Qüvvələrindən təqaüdçü olan atası Sedat Yiğit, hal-hazırda THY-nın Airbus 330-340 filosunda öz vəzifəsini yerinə yertirən, ən təcrübəli kapitanlardandır.

"Şübhəsiz ki, atamın pilot olmasının mənə təsiri olub" söyləyən Burcu Yiğit, "Mən bu peşəyə çox erkən yaşda başladım və bu qərarımdan heç peşman olmadım. Yenə olsa, yenidən eyni peşəni seçərəm.” deyə öz fikirlərini bildirib.

Bütün sərnişinlər eyni anda təyyarənin içində tullanarsa, təyyarə düşə bilərmi?🤔



  • ⚠️Mövzuya keçməzdən əvvəl XƏBƏRDARLIQ! Burda yazılanları əsla TƏKRARLAMAYIN. 

Təyyarə ilə səyahət edən zaman bir sıra suallar ağlımıza gəlir. Heç ağlınızdan belə bir sual keçibmi, təyyarədə səmada olan zaman bütün sərnişinlər ayağa qalxıb tullanarsa nə ola bilər? Təyyarə düşə bilərmi? 

Bilmirəm bəlkə də bəziləriniz xatırlayarsınız bir müddət əvvəl, 1 milyard Çinli eyni anda tullanaraq, ABŞ-da zəlzələnin olmasına nail olmağa çalışmışdı. Keçək sualımızın cavabına. Bunun cavabını bir nümunə əsasında söyləyəcəm. Orta hesabla çəkisi 75 kq ağırlığında olan 300 sərnişinlə dolu bir Boeing 777 təyyarəsini nəzərdən keçirək. Bütün sərnişinlərin eyni anda tullanması, 22.5 tonluq bir ağırlığın təyyarəyə əlavə bir qüvvətin tətbiqi mənasını verir. Boeing 777-lərin boş ağırlığı 160 ton civarındadır. Sərnişin, yük və yanacaq aldıqdan sonra maksimum qalxış ağırlığı 300 tona çatır. Yəni 300 ton ağırlığında və saatda 850 km sürətlə səmada olan bir təyyarəyə 22,5 ton ağırlığın tətbiqi çox da mühüm deyil. Atlamadan sonra, ilk anda təyyarə aşağı enmə istiqamətli bir tendensiya səbəbiylə bir az yüksəklik itirə bilər. Ancaq autopilot sistemi dərhal dövrəyə girib, pilotu xəbərdar edərək vəziyyətə əl qoyar və mühərrik gücünü artıraraq, yüksəkliyi istənilən səviyyəyə gətirir. Çünki autopilot sistemi, təyyarənin yüksəkliyi və sürətini davamlı izləyərək, mühərrik gücünü buna müvafiq olaraq nizamlayır.

Təyyarələr, pis hava şərtlərində və şiddətli turbulence vəziyyətlərində, insanların tullanaraq meydana gətirəcəyi belə bir qüvvətdən daha çox qüvvələrə məruz qala bilir. Həmçinin, təyyarələr istehsal mərhələlərində belə ciddi qüvvə və təsirlərə qarşı test edilir. Ümumulikdə, belə bir halda heç bir şey baş verməz və uçuşunuz uğurlu bir şəkildə davam edər. Amma bu yenə də sizin təyyarədə qalxıb tullanmanızı tələb etmir. Belə bir şeyi isə təkrarlamağa CƏHD ETMƏYİN.

Photo by @vugaribadov141 

19 Şubat 2018 Pazartesi

Bəs niyə, hava yolu şirkətləri hələ də “Check-in” əməliyyatını davam etdirir? (2-ci hissə)


  • Bunun üç əsas səbəbi var:
  • 1. Bir çox hava yolu şirkətləri sərnişinlərə, təyyarədə özləri ilə aparmaq istədikləri qadağan olunmuş maddələri check-in sırasında göstərib təsdiqlədir. (Buna online check-in də daxildir.)
  • 2. Dünyada hava yolu şirkətləri arasında imzalanmış olan, minlərlə codeshare razılaşması var. Bu səbəbə görə hər gün bir çox sərnişin, aldıqları tək bir biletlə, birdən çox aviaşirkətlə ilə səyahət edir. Buna əsasaən də bir aviaşirkətin özbaşına “check-in” prosesini dayandırması, müqaviləsi olan digər aviaşirkətin də uçuşlarına da təsir etdiyindən, “check-in”-nin ləğv olunması mümkün olmur. Bu mövzuda bütün sektorun eyni anda hərəkətə keçməsi lazımdır. (E-bilet tətbiqinə keçid də olduğu kimi.) 
  • 3. Bəzi aviaşirkətlər, online mühitdə və ya hava limanında edilən “check-in” əməliyyatında, sərnişinlərinə daha çox məhsul və xidmət satmaq (upsell) üçün istifadə edir. Buna misal olaraq, Economy Classdan Business Classa upgrade, təyyarədə internet əlaqəsi, daha çox diz məsafəsinin olduğu oturacağa öz yer seçimini etmək kimi seçimlər, hava yolu şirkətlərinə əlavə gəlir təmin edən ünsürlərin satışı üçün, check-in əməliyyatından istifadə edilir.

Bütün bunların nəticəsində yaxın bir gələcəkdə, check-in əməliyyatının aradan qalxması nəzərə çarpmır.


18 Şubat 2018 Pazar

“Check-in” (1-ci hissə)

"Mən hava limanına gəldim və uçuş üçün hazıram"



Təyyarə ilə səyahətdən əvvəl, ən çox istifadə olunan addımlardan biri də biri "check-in" adlandırılan prosesdir. Bu proses, adət halını aldığından sərnişinlər tərəfindən bunun nə üçün edildiyi bir o qədər də sorğulanmır.
“Check-in” edən bir sərnişin əslində, hava yolu şirkətinə, "mən hava limanına gəldim və uçuş üçün hazıram" demiş və uçuşunu təsdiq etmiş olur. Beləliklə, hava yolu şirkətləri uçuşda neçə sərnişinin olacağını görərək, əməliyyatlarını buna görə nizamlayırlar. Amma son 15 il içərisində, sürətlə inkişaf edən və artıq mobil telefonlarındakı bir tətbiq ilə son dərəcə praktik hala gələn “check-in” əməliyyatını, 24 saat əvvəldən və hətta havalımanından yüzlərlə kilometr uzaq bir yerdən də etmək mümkündür. Lakin, buna digər tərəfdən baxıldığında,sərnişinin hava limanında və uçuşa hazır halda olduğu şəklindəki bildirişi, etibarsız hala gəlir. Check-in əməliyyatının indiki vaxtda gəlmiş olduğu nöqtəyə baxsaq, IATA, bu prosesin gərəksiz olub-olmadığını qiymətləndirmək və nəticədə bu əməliyyatı tamamilə aradan qaldırılması üçün bir iş belə başlatmışdı. IATA-nın, "No more check-in" adı verilən müddətli layihəsində əsas hədəf, [biletin alınması + uçuşu təsdiq etmə + oturacaq seçimi + minik kartı] əməliyyatlarının tək bir mərhələdə tamamlanmasını təmin edəcək bir sistem hazırlanması idi. Bütün bunlara baxmayaraq, 2014-cü ildən elan edilən bu layihənin aqibəti haqqında elə də çox məlumat yoxdur.
Bəs niyə, hava yolu şirkətləri hələ də “Check-in” əməliyyatını davam etdirir? Bu sualın cavabını növbəti paylaşımda biləcəyik.

Giveaway WINNERS


İlk, GIVEAWAY sona çatmışdır. Qalibləri, ürəkdən təbrik edirəm.😍 Bu ilk giveaway olduğu üçün şərtlərimiz sadə və seçimimiz isə təsadüfi oldu. Növbəti yarışlarımızda hədiyyəm daha fərqli, qaydalarımız isə dəyişmiş olacaq. Bilmək olmaz, bəlkə növbəti qalib elə məhz sən oldun!😎 Qaliblərin seçilmə anı Facebookda olan səhifəmə yerləsdirilmişdir. Həcmi və formatı Instagramı dəstəkləmədiyi üçün ordan izləyə bilərsiniz. 
Xüsusi təşəkkürüm isə ilk yarışmanın qaliblərini seçmək üçün səhifəmizə Randomizer proqramı yığan @coderinaviation səhifəsinədir. Əziyyətiniz böyükdür. 
  • 1-ci yerin sahibəsi – @elya.a95 (Power Bank Air Balticdən)
  • 2-ci yerin sahibi – @_nihat.qurbanov(Dəftər və qələm Air Balticə məxsus)

  • QEYD: Yarış zamanı qaydaları pozan 10 iştirakıçının rəyi silinmişdir. Qaliblərin DIRECT ilə əlaqə saxlamağı xahiş olunur.


14 Şubat 2018 Çarşamba

Bu gün Hərbi Hava Qüvvələri günüdür! ❤



Azərbaycan Hərbi Hava Qüvvələri Azərbaycan Respublikası Silahlı Qüvvələrinin xüsusi qoşun növüdür.
Yaranma tarixi 1919-cu ildən götürülsə də, milli hərbi qurum kimi formalaşdırması 1992-ci ilə təsadüf edir. 
1997-ci ildə Azərbaycanın Ali Hərbi Təyyarəçilik Məktəbi ilk milli hərbi təyyarəçilərimizin buraxılışına başlayıb. 
Bu gün ən müasir təyyarə və helikopterlə arsenalını zənginləşdirən Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları Azərbaycan səmasını tam gücü ilə qorumağa qadirdir.

Sevgin, səma qədər sonsuz olsun!

Sevgisi, səma olan hər kəs, bu gün həm də sizin gününüzdür!


Aviabloggers olaraq, bu gün də sizləri unutmadım və söz verdiyim GIVEAWAY start verirəm.😍 Şanslı, 2 qalibdən biri sən ol!
  • 1-ci yerin sahibinə – Air Baltic hava yollarından Power Bank
  • 2-ci yerin sahibinə – Air Baltic hava yollarına məxsus dəftər və qələm



Şərtlərimiz isə çox sadədir:
  • 1. Rəyində 3 dostunu işarələ. Qeyd yalnız 1 rəy qeydə alınır!
  • 2. 16 fevral saat 12:00-da, iki şanslı qalibdən biri sən ol.
QEYD: Səhifəmizin izləyicisi olmayan, saxta profillər, 2-ci və təkrar şərhlər yarışmadan kənarlaşdırılacaq. Yarışın son günü 16 fevral. Qaliblər, @coderinaviationtərəfindən yığılmış xüsusi Randomizer proqramı ilə təsadüfi seçiləcək və video formatda sizlərə təqdim olunacaq. Hər kəsə uğurlar!

13 Şubat 2018 Salı

"Sizdən Gələnlər" Orxan Jabbarov


Gecələri yalnız ulduzlar parlamaz səmada...





"Sizdən Gələnlər" bölməməmiz də bu dəfə Orxan Jabbarovun bizimlə bölüşdükləri.😍 Əgər sizdə də, öz çəkdiyiniz şəkil və ya video varsa, mənim aviabloggers@gmail.com poçt ünvanıma göndərə bilərsiniz.📩 Xahiş edirəm, göndərən zaman ad və soyadınızı da doğru qeyd edəsiniz.

8 Şubat 2018 Perşembe

"Sizdən Gələnlər" İsmayil İbrahimov



"Sizdən Gələnlər" bölməməmiz də bu dəfə İsmayil İbrahimovun bizimlə bölüşdükləri. Əgər sizdə də, öz çəkdiyiniz şəkil və ya video varsa, mənim aviabloggers@gmail.com poçt ünvanıma göndərə bilərsiniz.📩 


  • Xahiş edirəm göndərən zaman ad və soyadınızı da doğru qeyd edəsiz.

Lufthansa dəyişdi.

Lufthansa dəyişdi.😎 




Alman hava yolunun yeni rəngləməsi müəyyən oldu. Flight Reportun twitter ünvanından alınan məlumata əsasən, Boeing 747-8i tipli D-ABYA qeydiyyatdan keçmiş təyyarənin, Romadan yeni livreyası ilə ilk fotoşəkili paylaşıldı. Sarımtıl rəngini mavi ilə dəyişməsi ilə yanaşı, təyyarənin kabinəsi də dəyişikliklər edildi.

Azerbaijan Airlines - Boeing 787 Dreamliner

Sevgilərlə...
Azerbaijan Airlines - Boeing 787 Dreamliner

SHUSHA




"Sizdən Gələnlər" bölməməmiz də bu dəfə Binnat Binnatzadanin bizimlə bölüşdükləri.
Əgər sizdə də, öz çəkdiyiniz şəkil və ya video varsa, mənim aviabloggers@gmail.com poçt ünvanıma göndərə bilərsiniz.📩

Evakuasiyaya hazırsınızmı?





Keçən dəfə bəhs etdiyim, təhlükəsizlik kəməri mövzusunun davamı olaraq, bu dəfə təxliyə anı necə davranacağımızdan yazacam. Bu arada şəkil oktyabr ayında baş tutmuş spottingdəndir. Hal-hazır ki, Buta Airwaysimiz. Embraer 190 
Keçək əsas məsələyə...
  • Evakuasiyaya hazırsınızmı?
Təyyarələr, dünyanın ən təhlükəsiz nəqliyyat vasitəsidir. Bunun ən başlıca səbəblərindən biri çox ciddi tətbiq olunan və nəzarət edilən qaydalar, qəzalardan alınan dərslər gəlir. Fövqəladə hallarda sizi həyata bağlayacaq olan pilotlar, təyyarə bələdçiləri davamlı olaraq təlimlərdən keçirlər.
Unutmayın belə bir an ilə, hər zaman qarşılaşa bilərsiniz. Ən sadə bir neçə qaydanı xatırlayın. Həm özünüzü, həm də ətrafınızdakıların həyatını xilas edin.

  • Təyyarədən necə çıxa bilərəm?
Təyyarəyə oturduğunuz andan, ətrafınızda sizə yaxın olan təcili çıxış qapılarını müəyyən edin. Əgər tapa bilmirsinizsə, oturacaq ciblərində olan təcili çıxış kartlarına baxın.
Evakuasiyaya başlayanda sakitliyinizi qorumağa çalışın.
Evakuasiya zamanı unutmayın ki, sizləri istiqamətləndirən bələdçilər xüsusi təlimlərdə bu halları dəfələrlə yaşayıblar. Təyyarənin içi qaranlıq ola və ya ətrafı duman ala bilər. Yerdəki fosforlu işarələri izləyərək, təcili çıxış qapısını tapın.
  • İti cisimləri çıxarın.
Təxliyə zamanı üzərinizdəki qələm və ya dikdaban ayaqqabılar qapıdan çıxarkən, “slide”lara zərər verə bilər. Həm də dikdaban ayaqqabı kabində irəliləyən zaman yıxılmağınıza və dəhlizin tutulmasına səbəb ola bilər.
  • Çantanızı götürməyin.
Təxliyə də özünüzlə götürəcəyiniz çantanız, bagajınız dəhliz də sıxlığa səbəb ola bilər. Baş üstü baqaj bölmələrini açmağa çalışmayın. Vaxt itirməyin.
  • Qapıdan atlayın.
Təcili çıxış qapısına çatdız. Burada bir çox sərnişin atlamaqda tərəddüd edir. Atlayın və qapını məşğul etmədən, çölə çıxın.
  • Digərlərinə kömək edin.
Təxliyədən sonra, hər hansı bir təhlükə yoxdursa və özünüzü yaxşı hiss edirsinizsə, digər sərnişinlərə kömək etməyə çalışın.

Təyyarə oturacaqlarında niyə kəmər olur?


Hörmətli sərnişinlər, kəmərlərinizi bağlayın, elektron cihazlarınızı söndürün və uçuşa hazır olun!




Təyyarə oturacaqlarında niyə kəmər olur? Niyə qalxışda və enişdə kəmərlər bağlanır? Bu anonsun məqsədi nədir? 

Təyyarədəsiniz ... Kəmərinizi bağladınız. Amma, yanınızdan kabin işçisi keçən kimi, “Bu qədər möhkəm bağlamağa nə ehtiyyac var” deyib və bir az boşaldırsız. Hətta, “Çox sıxıldım” deyərək açırsınız. Bəs bu zaman başınıza nə gələr?

Heç sözümü uzatmadan, necə bir risklə üzləşəcəyinizi deyim: Fövqalədə bir vəziyyətdə boynunuzu qıra bilərsiniz və ya beyin travması keçirə bilərsiniz! Xüsusi sertifikaya sahib kəmər, sizin gözlənilməz bir anda oturacaqdan kənəra çıxmağınızı önləyər. Başınıza alacağınız zərbənin qabağına keçər. Təyyarə qəzalarında, həyatını itirənlər üzərində edilən araşdırmalarda, ölüm səbəblərini ilk əsnasında beyinə alınan zərbələr gəlir.

Riski gözə almayın!
Bənzər bir hal, havada gözlənilməz anda türbülans düşmək. Kəmərinizi bağlamazsanız, bir anda özünüzü təyyarənin tavanına doğru atılmış halda tapa bilərsiniz. Təəssüf ki, türbülans əsnasında ən çox yaralananlar kabin işçiləridir.

Eniş zamanı edilən səhv!
Bizim sərnişinlər hər zaman tələskəndir. Təyyarə enir, hələ terminala qədər gediləcək yol var. Sərnişin dərhal ayaqlanır, hətta işi irəli aparanlar da olur. Baş üstü bagaj bölməni açanlar, çamadanını, paltosunu endirib hazırlanlara belə rast gəlinir. Ani bir əyləc ilə, dayandığınız yerdən neçə metr irəli gedəcəyinizi hesablaya bilməzsiniz. Və ya əlinizdəki çantanın neçə sıra irəlidə bir sərnişinin başına dəyəcəyini təxmin edə bilməzsiniz.

Uçuş Təhlükəsizlik Videolarını izləyin!
Milyon dəfə izlədim deməyin. Fövqəladə qaydalar olan videonu və ya kabin işçilərinin bu qaydaları xatırladan və “demo” olaraq adlandırılan, təqdimatını diqqətlə izləyin.
Davamı növbəti paylaşımda olacaq…

Pilotlar, niyə eyni yeməyi yemirlər?

Pilotlar, niyə eyni yeməyi yemirlər?





Hava yolu səyahətlərinin təhlükəsizliyi, cockpitdə hər şeyin nəzarət altında olması ilə əlaqədardır. Buna görə də pilotların iş qaydaları, digər bütün sektorlardakı çalışanlardan fərqli olur. Uçuş əsnasında kapitan pilot ilə ikinci pilotun, eyni qidanı yeməməsinin qarşısına keçən bir qayda var. Bəli, bir çoxunuzun artıq əzbər bildiyi, qida zəhərlənməsi. Məsələn, yeməkdən sonra uçuşda, qida zəhərlənməsi və s. kimi səbəbdən işlər tərs gedərsə, pilotlardan yalnız biri bundan təsirlənmiş olacaq və digər pilot uçuşu davam etdirə biləcək. Bu qaydanın tətbiqi, beynəlxalq aviasiya orqanları tərəfindən məcburi deyil. Ancaq bir çox hava yolu şirkətləri bu qaydanın tətbiqini hələ də davam etdirir.

  • Bəs bu günə qədər təyyarədə bir zəhərlənmə olub?

Təyyarələrdə qida zəhərlənməsi hadisəsi nadir hallarda olur. 1982-ci ildə "National Overseas Airways" -ə məxsus DC-8 təyyarəsi ilə Boston-Lissabon uçuşunda, pilot və uçuş mühəndisi başda olmaqla, 10 heyət üzvindən 8-i zəhərləndi. Daha sonra məlum oldu ki, mədə spazmı və qarın ağrısı ilə özünü göstərən zəhərlənmə Pudingdən idi. İkinci pilot (F/O) pudingdən yemədiyi üçün zəhərlənmədən təsirlənməyib və 250 sərnişin ilə dolu olan təyyarəni Bostonda təhlükəsiz bir şəkildə yerə endirib.
2010-ci ilin məlumatlarına görə, dünya da, ayda ən azı 2 pilotda qida zəhərlənməsi halı ilə üzləşir. Ancaq hadisələrin səbəbi, yalnız uçuşlarda yeyilən yeməklər deyil, uçuşdan əvvəl də pilotun yediyi qida da ola bilər.

Spottinq nədir? və Spottinqdə necə iştirak edə bilərəm?


Spottinq nədir?” və “Spottinqdə necə iştirak edə bilərəm?

  • Verilən suallara əsasən, bu paylaşımı yenidən edirəm. Əvvəl ki, paylaşımlarda spotting haqqında geniş məlumat vermişdim. Qısaca xatırlatma edim və keçək əsas məsələyə. 








İngilis dilində “Plane Spotting” olaraq bilinən aviasiya fotoqrafçılığı, dünya səviyyəsində çox məşhur bir hobbidir. Bu hobbinin ən ön sırasında olanları isə, əlbəttə ki, Spotterlərdir. Onlar təyyarələr haqqında daha çox məlumat əldə etməyə, onunla maraqlanan və daha dəqiq desək, onların bütün detalları görən gözləri vardır. Məsələn, Bakıda bu işlə ciddi məşğul olan @bakuspottingteam komandası vardır. Qısaca olaraq desək, spotter telefonla da spotterdir, bahalı marka fotoaparatla da spotterdir. Əsas istək olsun! Bu haqda geniş məlumatı əvvəl ki, məlumatlarımdan oxuya bilərsiniz.






  • Bəs, spottinqə necə qoşulmaq olar?

Bunun üçün ilk görəcəyiniz iş, Facebook, İnstagram və digər sosial şəbəkələrdə @bakuairport səhifəsini izləməyinizdir. Çünki spottinq olacağı haqda ilk məlumatı bu səhifədən əldə edəcəksiniz. Spottinqin olacağı elan edildik də, məlumatda sizlərin qeydiyyatdan keçməyiniz üçün “Ərizə” linki yerləşdirilir. Daxil olub bütün bölmələri doldurmağınız kifayət edir. Ərizəni dolduran zaman çalışın daim nəzarət etdiyiniz poçt ünvanınızı qeyd edəsiniz ki, ərizənizin qəbul olduğunu vaxtında öyrənə biləsiniz. Spottinqin olacağı günə, 2 gün qalmış nəticələr açıqlanır və iştirakınızı təsdiq etmək üçün mail göndərilir. Spottinq günü sizə verilən təlimatları diqqətlə dinləməyiniz və əməl etməyiniz xahiş olunur. Nəzərə alsaq ki, spottinq zamanı uçuş-enmə zolağının kənarında olacaqsınız, ona görə hər ani bir hərəkət və ya nəsə təyyarənin eniş və qalxmasına mane ola bilər. 

Əlavə suallarınız olarsa, şərh bölməsində bildirməyiniz kifayətdir. Oxuyub, hər birini cavablayacam.
  • 07 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında, sayca 3-cü dəfə keçirilən spottinqdən bir görüntünü də sizlərlə bölüşürəm.














Günümüzə növbəti bir şad xəbərlə başlayaq!






Birləşmiş Ərəb Əmirliklərinin bayraq daşıyıcı və ikinci böyük hava yolu şirkəti olan Etihad Airways, Abu-Dabidən Bakıya birbaşa reyslərə başlayacaq.😍 İlk səfəri 2 mart 2018-ci ildə olacaq. Uçuşlar Airbus A320 təyyarələri ilə həyata keçiriləcək. 2003-ci ildə qurulan Etihad Airways, 120-dən çox nöqtəyə 117 təyyarə flotuyla uçuş edir, əsasən Asiya və Avropa ölkələrinə uçur. Ayrıca Okeaniya, Afrika və Şimali Amerikaya da uçuşlarıda vardır. Biletlər tezliklə satışda olacaq.😍 



  • Welcome, Etihad Airways!😍


Aviabloggers ilk RƏSMİ SPOTTİNQDƏ!📷✈

  • Dünən, Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Hava Yollarının və Buta Airwaysın təşkilatçılığı ilə çox maraqlı və sayca 3-cü spottinq baş tutdu.



  • Təəsüratlarımı ifadə edə bilməyə bəlkə də sözlər yetməz. Ərizəmin qəbul olduğunu biləndə isə yaşadığım sevinci sadəcə görmək lazım idi.😍Uşaqlıqdan bu günə qədər sevdiyim təyyarələrimə qovuşub, onları çəkəcəkdim. Hava limanından uçuş-enmə zolağına doğru həərəkət etdiyimiz zaman artıq heyacan iki qat artırdı.😊 Bundan bir neçə il əvvəldə orda olmaq şansım olsa da, həyacandan hər şeyi unutmuşdum deyə heçnə çəkməmişdim. Spottinqdə iştirakım isə ən böyük şansım idi.😎 Və bələ də oldu, həm sizlərə üçün həm də özümə maraqlı kadrlar çəkdim. Hər birini yaxın zaman tam hazır edib paylaşacam. Yaratdıqları şəraitə görə Azərbaycan Hava Yolları və Buta Airwaysın əməkdaşlarına minnətdaram. Davamlı olsun!😊

  • Photo by me😎
  • Buta Airways - Embraer 190
  • Heydar Aliyev International Airport

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...