"Mən hava limanına gəldim və uçuş üçün hazıram"
Təyyarə ilə səyahətdən əvvəl, ən çox istifadə olunan addımlardan biri də biri "check-in" adlandırılan prosesdir. Bu proses, adət halını aldığından sərnişinlər tərəfindən bunun nə üçün edildiyi bir o qədər də sorğulanmır.
“Check-in” edən bir sərnişin əslində, hava yolu şirkətinə, "mən hava limanına gəldim və uçuş üçün hazıram" demiş və uçuşunu təsdiq etmiş olur. Beləliklə, hava yolu şirkətləri uçuşda neçə sərnişinin olacağını görərək, əməliyyatlarını buna görə nizamlayırlar. Amma son 15 il içərisində, sürətlə inkişaf edən və artıq mobil telefonlarındakı bir tətbiq ilə son dərəcə praktik hala gələn “check-in” əməliyyatını, 24 saat əvvəldən və hətta havalımanından yüzlərlə kilometr uzaq bir yerdən də etmək mümkündür. Lakin, buna digər tərəfdən baxıldığında,sərnişinin hava limanında və uçuşa hazır halda olduğu şəklindəki bildirişi, etibarsız hala gəlir. Check-in əməliyyatının indiki vaxtda gəlmiş olduğu nöqtəyə baxsaq, IATA, bu prosesin gərəksiz olub-olmadığını qiymətləndirmək və nəticədə bu əməliyyatı tamamilə aradan qaldırılması üçün bir iş belə başlatmışdı. IATA-nın, "No more check-in" adı verilən müddətli layihəsində əsas hədəf, [biletin alınması + uçuşu təsdiq etmə + oturacaq seçimi + minik kartı] əməliyyatlarının tək bir mərhələdə tamamlanmasını təmin edəcək bir sistem hazırlanması idi. Bütün bunlara baxmayaraq, 2014-cü ildən elan edilən bu layihənin aqibəti haqqında elə də çox məlumat yoxdur.
Bəs niyə, hava yolu şirkətləri hələ də “Check-in” əməliyyatını davam etdirir? Bu sualın cavabını növbəti paylaşımda biləcəyik.
- Photo by @azespotter
Hiç yorum yok:
Yorum Gönder