27 Şubat 2018 Salı

Səmada uçan bir təyyarəni tanımaq mümkündürmü?




Təyyarənin tipini tapmaq, hansı olduğunu öyrənməyə çalışmaq aviasiya həvəskarlarının ən sevimli məşğuliyyətlərindən biridir. Havalimanı yaxınlarında yaşayırsınızsa və ya mənim kimi sırf səmadakı təyyarələri izləmək üçün havalimanın ətrafına gedirsinizsə, deməli siz də aviasiya vurğunlarından birisiniz. Bəs uçan bir təyyarəni necə tanımaq olar?

Bunu tanımağın bir neçə yolu var. Məsələn, bəzi havayolları özlərinə xas təyyarə boyamalarından (emblemi və ya quyruq rəngi-loqosu kimi), Boeing 747 və ya Airbus 380 kimi yadda qalan bir siluetə sahib təyyarələri təyin eləmək çox asandır. Təyyarənin böyüklüyü, onu təyin etmək üçün əsas amillərdən biridir. İncə, kiçik, dar gövdəli təyyarələr böyük bir ehtimalla, Airbus A320 və ya Boeing 737-dir. Daha böyük təyyarələr isə Airbus A330 və ya Boeing 777-dir. Bunlar arasındakı fərqi isə qanad uclarının fomalarına görə anlaya bilərsiniz. Əgər 4 mühərrikli bir təyyarədirsə, Boeing 747, Airbus A340 və ya Airbus A380 bunlardan biridir. B747-ni donqar, dünyanın ən böyük təyyarəsi A380-ni isə, 2 mərtəbə olması ilə asanlıqla ayırd edə bilərsiniz.

Gecə baxdığınız zaman, təyyarənin qanadlarının ucundakı ağ işıq(STROBE) 2 dəfə və sürətli bir şəkildə yanıb sönürsə Airbus, 1 dəfə yanıb sönürsə bu Boeingdir. Əgər uçan bir təyyarələ ilə bağlı başqa detalları da bilmək istəyirsinizsə, bunun üçün texnologiyanın nemətlərindən faydalana bilərsiniz. Hansı təyyarənin hara uçduğunu, təyyarə növünü, qeydiyyatını, hansı hündürlükdə və sürəti kimi bütün detallarla birlikdə, real zamanda Flightradar24 web saytı ilə və mobil tətbiqi üzərindən izləyə bilərsiniz. FlightAware.com-da bu kimi xüsusiyyətləri özündə birləşdirən digər tətbiqlərdən biridir. Üstünüzdən hansı təyyarənin uçduğunu öyrənmək üçün bir digər üsul də Siri-dir. Təkcə ona "what plane is overhead?" deyə soruşsanız Siri, bir çox detal ilə birlikdə yaxında uçmaqda olan təyyarələrin, siyahısını sizə təqdim edəcək.

1 yorum:

  1. gozel yazidir

    En ucuz Online bilet almaq üçün meslehetler. Online bilet al. Ucuz aviabiletler. Endirimlerden faydalanaraq büdcenize qenaet edin. Buta airways bilet almaq.

    YanıtlaSil

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...