Spottinq nədir?” və “Spottinqdə necə iştirak edə bilərəm?
- Verilən suallara əsasən, bu paylaşımı yenidən edirəm. Əvvəl ki, paylaşımlarda spotting haqqında geniş məlumat vermişdim. Qısaca xatırlatma edim və keçək əsas məsələyə.
İngilis dilində “Plane Spotting” olaraq bilinən aviasiya fotoqrafçılığı, dünya səviyyəsində çox məşhur bir hobbidir. Bu hobbinin ən ön sırasında olanları isə, əlbəttə ki, Spotterlərdir. Onlar təyyarələr haqqında daha çox məlumat əldə etməyə, onunla maraqlanan və daha dəqiq desək, onların bütün detalları görən gözləri vardır. Məsələn, Bakıda bu işlə ciddi məşğul olan @bakuspottingteam komandası vardır. Qısaca olaraq desək, spotter telefonla da spotterdir, bahalı marka fotoaparatla da spotterdir. Əsas istək olsun! Bu haqda geniş məlumatı əvvəl ki, məlumatlarımdan oxuya bilərsiniz.
- Bəs, spottinqə necə qoşulmaq olar?
Bunun üçün ilk görəcəyiniz iş, Facebook, İnstagram və digər sosial şəbəkələrdə @bakuairport səhifəsini izləməyinizdir. Çünki spottinq olacağı haqda ilk məlumatı bu səhifədən əldə edəcəksiniz. Spottinqin olacağı elan edildik də, məlumatda sizlərin qeydiyyatdan keçməyiniz üçün “Ərizə” linki yerləşdirilir. Daxil olub bütün bölmələri doldurmağınız kifayət edir. Ərizəni dolduran zaman çalışın daim nəzarət etdiyiniz poçt ünvanınızı qeyd edəsiniz ki, ərizənizin qəbul olduğunu vaxtında öyrənə biləsiniz. Spottinqin olacağı günə, 2 gün qalmış nəticələr açıqlanır və iştirakınızı təsdiq etmək üçün mail göndərilir. Spottinq günü sizə verilən təlimatları diqqətlə dinləməyiniz və əməl etməyiniz xahiş olunur. Nəzərə alsaq ki, spottinq zamanı uçuş-enmə zolağının kənarında olacaqsınız, ona görə hər ani bir hərəkət və ya nəsə təyyarənin eniş və qalxmasına mane ola bilər.
Əlavə suallarınız olarsa, şərh bölməsində bildirməyiniz kifayətdir. Oxuyub, hər birini cavablayacam.
- 07 oktyabr tarixində Heydər Əliyev Beynəlxalq Hava Limanında, sayca 3-cü dəfə keçirilən spottinqdən bir görüntünü də sizlərlə bölüşürəm.
Hiç yorum yok:
Yorum Gönder