⚠️Mövzuya keçməzdən əvvəl XƏBƏRDARLIQ! Burda yazılanları əsla TƏKRARLAMAYIN.
Təyyarə ilə səyahət edən zaman bir sıra suallar ağlımıza gəlir. Heç ağlınızdan belə bir sual keçibmi, təyyarədə səmada olan zaman bütün sərnişinlər ayağa qalxıb tullanarsa nə ola bilər? Təyyarə düşə bilərmi?
Bilmirəm bəlkə də bəziləriniz xatırlayarsınız bir müddət əvvəl, 1 milyard Çinli eyni anda tullanaraq, ABŞ-da zəlzələnin olmasına nail olmağa çalışmışdı.
Keçək sualımızın cavabına. Bunun cavabını bir nümunə əsasında söyləyəcəm. Orta hesabla çəkisi 75 kq ağırlığında olan 300 sərnişinlə dolu bir Boeing 777 təyyarəsini nəzərdən keçirək. Bütün sərnişinlərin eyni anda tullanması, 22.5 tonluq bir ağırlığın təyyarəyə əlavə bir qüvvətin tətbiqi mənasını verir. Boeing 777-lərin boş ağırlığı 160 ton civarındadır. Sərnişin, yük və yanacaq aldıqdan sonra maksimum qalxış ağırlığı 300 tona çatır. Yəni 300 ton ağırlığında və saatda 850 km sürətlə səmada olan bir təyyarəyə 22,5 ton ağırlığın tətbiqi çox da mühüm deyil. Atlamadan sonra, ilk anda təyyarə aşağı enmə istiqamətli bir tendensiya səbəbiylə bir az yüksəklik itirə bilər. Ancaq autopilot sistemi dərhal dövrəyə girib, pilotu xəbərdar edərək vəziyyətə əl qoyar və mühərrik gücünü artıraraq, yüksəkliyi istənilən səviyyəyə gətirir. Çünki autopilot sistemi, təyyarənin yüksəkliyi və sürətini davamlı izləyərək, mühərrik gücünü buna müvafiq olaraq nizamlayır.

Təyyarələr, pis hava şərtlərində və şiddətli turbulence vəziyyətlərində, insanların tullanaraq meydana gətirəcəyi belə bir qüvvətdən daha çox qüvvələrə məruz qala bilir. Həmçinin, təyyarələr istehsal mərhələlərində belə ciddi qüvvə və təsirlərə qarşı test edilir. Ümumulikdə, belə bir halda heç bir şey baş verməz və uçuşunuz uğurlu bir şəkildə davam edər. Amma bu yenə də sizin təyyarədə qalxıb tullanmanızı tələb etmir. Belə bir şeyi isə təkrarlamağa CƏHD ETMƏYİN.

Photo by @vugaribadov141
✈


Hiç yorum yok:
Yorum Gönder