"Azərbaycanın Mülki Aviasiyası – 80 il!” - Spotting



19 may, Heydər Əliyev Beynəlxalq Hava Limanında sayca, 4-cü spotting baş tutdu. Bu dəfə ki, spottinqdə mənə ən maraqlı olan təyyarələrdən biri, Airbus A340 ilə çəkiliş etmək idi. Onun ətrafında olmaq, pilot cabinində çəkiliş etməkdən bir başqa zövq aldım. Ən sevdiyim təyyarələrdən biridir.
Spotting zamanı Azerbaijan Airlines Airbus A340 ilə yanaşı, Airbus A319, Airbus A320, Boeing - 787 Dreamliner, Buta Airways Embraer - 190, irAero - Sukhoi Superjet 100, Qatar Airways Airbus A320, Air Arabia Airbus A320 və S7 Airlines Airbus A319 təyyarələrini çəkmək şansım oldu.
Hər birini təbii ki, sizlərlə bölüşəcəm.


Sonda isə Heydər Əliyev Beynəlxalq Hava Limanına, Azərbaycan Hava Yolları və Buta Airwaysə yaratdıqları şəraitə görə sonsuz təşəkkürlər. Spottingin sonunda hər bir iştirakçıya kiçik xatirə hədiyyələri təqdim olundu.
☺
Buta Airways təyyarə modelinə görə isə xüsusi təşəkkürlər.
✈




Bu arada dünən çoxlu mesajlar aldım, spottingdə iştirakla bağlı. Əziz dostlar, Spotting olacağını əvvəlcədən məlumat olaraq paylaşmıışdım. Sadəcə, paylaşılan məlumatlara nəzər yetirmək lazım idi. Ərizə verib qəbul olmayanlar isə, ruhdan düşməyin növbəti Spotting daha maraqlı olacaq. Səhifəni izləyin ki, hər bir yenilikdən xəbərdar ola biləsiniz.

Hiç yorum yok:
Yorum Gönder