29 Mayıs 2018 Salı

Açıq Hava Turbini və ya Aviasiya qəza turbini




Aviasiya ilə yaxından maraqlanan həvəskarlar onu daha çox ingilis dilindən olan adı ilə “Ram Air turbine” və ya “RAT” olaraq tanıyırlar. Bu dəfə isə biz ona “Aviabloggers”-in gözündən baxacağıq və qismən də olsa bu sistemin nə işə yaradığını aydınlaşdırmağa çalışacağıq. Açıq Hava Turbini və ya Aviasiya Qəza Turbini təyyarənin ehtiyyat güc sisteminin döyünən ürəyi  hesab olunur. Hamımız çox yaxşı bilirik ki, günümüzdə təyyarələrin keyfiyyət və təhlükəsizlik standartları ən yüksək səviyyədədir. Təyyarə də, mühərriklərdən biri sıradan çıxdıqda belə çox rahat, təhlükəsiz şəkildə öz yoluna davam edə bilirlər. Çox nadir hallarda olsa da, bəzən təyyarələr tam güc itkisinə məruz qala bilir.
Misal olaraq, Qudzon çayında baş vermiş möcuzəvi enişi göstərmək olar. Quş dəstəsi ilə toqquşan Cesley Sullenbergerin kapitanı olduğu U.S. Hava yollarına aid Airbus A320 təyyarəsi hər iki mühərrikindən güc ala bilməmiş və nəticə də, Qudzon çayına qəza enişi etmək məcburiyyətində qalmışdı.

Bildiyimiz kimi müasir təyyarələrdə istifadə olunan elektrik enerjisi əsasən mühərriklərdə yerləşən elektrik generatorları vasitəsilə əldə edilir və bundan əlavə  idarəetmə səthlərini hərəkətə gətirmək üçün lazım olan hidravlik təzyiqi saxlayan nasoslar da öz gücünü mühərrikdən alır. Bu isə o deməkdir ki, olası bir tam güc itkisində təyyarə həm hidrovlik sistemində, həm də elektrik sistemində sıxıntı yaşayacaq, bu zaman batareyalar təyyarəni qidalandıracaq. Lakin onların da gücü təyyarə modelindən asılı olaraq, təqribən 30 dəqiqə müddətinə hesablanmışdır. Tam güc itkisi anında avtomatik olaraq Aviasiya Qəza Turbini (ing.RAT) işə düşür və buraxılma təqribən 3-5 saniyə çəkir, bu müddət ərzində təyyarənin qidalanması batareyalar vasitəsilə həyata keçirilir. Bundan başqa pilot kabinindən bunu manual olaraq da etmək mümkündür .


 Mövzunun davamı olacaq...

Hiç yorum yok:

Yorum Gönder

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...