10 Nisan 2018 Salı

airBalticdən yeniliklər




airBaltic Corporation 1995-ci ildə təsis edilib. Latviyaya məsxus olan yük və sərnişin daşımada iştirak edən şirkətin qərargah-mənzili Riqada yerləşir. Üç baza hava limanına sahibdir: Riqa (əsas) və iki əlavə — Vilnüs və Tallin. 2017-ci ildə AirBaltic, 3.5 milyondan çox sərnişini, hansı ki, təxminən 40 faizini tranzit uçan sərnişinləri daşıyıb. Donanması – 11 ədəd Boeing 737-300/500 – 120/142/144/146 oturacaqlı, 8 ədəd Bombardier CS 300 – 146 oturacaqlı, 8 ədəd Bombardier Dash Q400 NextGen – 76 oturacaqlı təyyarələrdən ibarətdir.

May ayının 2-dən, 26 oktyabradək birbaşa Bakı Riqa Bakı reyslərini həyata keçirəcək. Reyslər həftə də 2 dəfə olmaqla, Bakı Riqa – 1 və 4-cü günlər, Riqa Bakı – 3 və bazar günləri, Bombardier CS300 təyyarəsi ilə yerinə yetirələcək. Bilet tarifləri 3 hissədən ibarətdir. Ekonom sinifdə Basic və Premium olaraq və biznes sinifdə isə Business. Basic tarifi ilə alınan biletlər də hava limanında check-in(qeydiyyat) ödənişlidir. Online check-in isə, uçuşa 118 saat qalmış açılır və uçuşa 1 saat qalmış bağlanır. Online check-in ÖDƏNİŞSİZDİR. Ən vacib və diqqət etməli olduğunuz məsələ isə, qeydiyyat talonunu çap etməkdir. Əks halda, qəbul olunmayacaq. Hətta mobil telefonunuzda olsa belə. Basic tarifdə baqaj ödənişlidir. Premimumda isə 1 nəfərə 20 kq baqaja icazə verilir.

Sonda isə bir xəbəri də nəzərinizə çatdırım, sabahdan etibarən, airBalticdə BIG SALE kampaniyası başlayır. Satış müddəti 11-24 aprelədək. Səyahət müddəti isə 20 may-25 oktyabrdək. İstiqamətlər, Vilnius, Helsinki, Stockholm, Berlin, Warsaw, Tallinn, Palanga, Gothenburg, Copenhagen, Munich, Riga, Amsterdam, Oslo, Billund, Zürich, Madrid, Barcelona, London.

Hiç yorum yok:

Yorum Gönder

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...