4 Nisan 2018 Çarşamba

Turizm sərgiləri - Həmkarlarımın axtarışında...




Bir çoxunuzun bildiyi kimi, AVIA Blogger olmaqla yanaşı turizm sahəsi üzrə çalışıram. Aprel ayı turizm sahəsində sərgilər mövsümüdür, desəm yanılmaram. Ona görə qərara aldım ki, bu dəfə izləyicilərim arasında həmkarlarımı və ya bu sahə üzrə təhsil alan dostları axtarım. Əslində, izləyənlər var və öz dəstəklərini hər zaman bildirirlər, bu da məni çox sevindirir.
Bu arada, Baku Expo Mərkəzdə 5-6-7 Aprel Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi olacaq. 5-6 Aprel Peşəkar ziyarətçilər və əlaqədar sahələr üzrə çalışan şəxslər üçün, 7 Aprel isə hər kəs üçün açıq olacaq. Mənim ən sevdiyim sərgilərdən biridir. Çünki aviaşirkət nümayəndələri ilə görüşüb, məni maraqlandıran bütün suallarımı ünvanlaya bilirəm.

Hiç yorum yok:

Yorum Gönder

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...