Bəlkə də, bir çoxunuzun diqqətini çəkib, yeni nəsil B737-lərin mühərrikləri tam bir dairə formasında deyil. Bunun səbəbinin öyrənmək üçün, Boeing 737-nin ilk buraxıldığı illərə, 1960-cı illərin sonlarına nəzər yetirməyimiz lazımdır. B737 ilk dəfə, 10 fevral 1968-ci ildə Lufthansa filosunda rəsmi xidmətə girmişdi. 737-100 və 737-200 modellərində, Pratt & Whitney tərəfindən istehsal olunan J52 turbojet mühərrikinin modifikasiya edilmiş halı olan JT8D adlı, aşağı bypass nisbətli turbofan mühərriki istifadə edilirdi. İncə və uzun olan bu mühərriklər, qanadların altında yerləşirdi və 737-nin yerə yaxınlığı, hər hansı bir problem yaratmırdı. Ancaq sonrakı illərdə, təyyarələrdə istifadə edilməyə başlanan daha effektiv və daha səssiz turbofan mühərrikləri ilə birlikdə, 737-nin yerə yaxınlığı ciddi bir problem olaraq mühəndislərin qarşısına çıxdı. İş prinsipi turbojet mühərriklərdən fərqli olan, turbofan mühərriklərinin diametri daha geniş idi. CFMI tərəfindən istehsal olunan CFM56 tipli mühərriklərin, B737-ye quraşdırılması üçün bir sıra dizayn dəyişikliklərinin edilməsi lazım idi. Çünki, 737-nin yerdən yüksəkliyi, CFM56-nın qanadlara, JT8D tip mühərriklər kimi quraşdırılmasına maneə törədirdi.
Bunun həll olması üçün 3 şey edildi:
.Mühərrik, qanadların tam altına deyil, nisbətən ön tərəfinə və yerdən bir az daha yüksəkdə olması ilə təmin edildi.
️.Qanadlarda buna uyğun aerodinamik dizayn dəyişikliyi edildi.
.Köhnə model mühərrkilərdə aşağı hissədə yerləşdirilən ötürmələr qutusu və köməkçi hissələr, mühərrikin yan hissəsinə sürüşdürüldü, bir başqa sözlə, öndən baxıldığından saat 6 istiqamətində olan mühərrik hissəsi, saat 4 istiqamətində yerləşdirildi.
Nəticə etibarı ilə, bu cür qeyri-adi xarici görünüş ərsəyə gəlmiş oldu. Bu tip mühərrikləri B737-nin -300-dən -900 seriyasına qədər olan modellərində görə bilərsiniz. Boeing 737 ailəsinin ən yeni modeli MAX ilə təyyarənin yerdən yüksəkliyi bir miqdar artırıldığından, bu tiplərdə istifadə olunan və yenə CFMI istehsalı LEAP-1B tipli mühərriklərdə artıq yuxarıda bəhs etdiyim qeyri-adi xarici görünüşü görmək mümkün olmayacaq.

Hiç yorum yok:
Yorum Gönder