Nəhəng mühərriklərin tam ortasında, ağ rəngli, maraqlı bir işarə var. Bu işarə bəzi mühərriklərdə qısa bir xətt formasında, bəzilərində isə uzunluğu dəyişməklə birlikdə, bir vergülü (spiral) xatırlatmaqdadır.
Bəs təyyarə mühərriklərinin ortasındakı bu işarə nə işə yarayır? Bir funksiyası varmı? Yoxsa, mühərrik istehsalçıları bu işarəni, yalnız bəzək olsun deyəmi qoyur ora?
"Spinner cone" olaraq adlandırılan, təyyarə mühərriklərinin ortasında olan, o kiçik ağ işarənin əslində, ora məqsədsiz olaraq qoyulmayıb və son dərəcə həyati bir funksiyası var. Mühərrikin fırlanma sürətinə görə bu işarə, ağ bir ləkə və ya hipnoz edici bir spiral formasında görünə bilər. Apronda (rus.Перрон) işləyən şəxslər, işarənin formasına görə mühərrikin işlək vəziyyətdə olub-olmadığını "görərək" anlayır və mühərrikə təhlükəsiz bir məsafənin yanından yaxınlaşmır. Məlum məsələdir ki, təyyarə mühərriklərinin çox güclü çəkim sahəsi var və həmin sahəyə girən bir adamın başına heç istənməyən hadisələr gələ bilər. Ağlınıza, "Apronda işləyən birinin onsuzda mühərrikin işlək olduğunu eşidir" kimi bir düşüncə də gələ bilər. Amma, xüsusilə işlək hava limanlarında, eyni anda bir çox mühərrik işlədiyindən, burada vizual qavrayış, yəni görmə qabiliyyəti ön plana çıxır.
Bəs bu işarə, mühərrikə quş girməsinin qarşısını ala bilər?
Bu mövzuda müzakirələr sürətlə davam edir. Mövzuyla bağlı edilən araşdırmaların bir qismi, bu işarənin quş toqquşması üçün bir faydası olmayacağını söylədiyi halda, digər bir qismi isə, tam əksini iddia edir. Boeing və Rolls Royce firmaları isə, fırlanma sürətinin çox yüksək olduğunu, buna görə də quşların ortadakı ağ ləkəni görməsinin, mümkün olmadığını deyirlər. Necə deyərlər mübahisəli bir mövzudur.
Hiç yorum yok:
Yorum Gönder