30 Mart 2018 Cuma

“Tourist Class” tətbiqi tam mənası ilə uğur hekayəsi oldu.





Dövrünün əfsanəvi hava yolu şirkəti Pan American, DC-6 tipli təyyarənin içini yenidən dəyişərək, Tourist Class-a uyğun hala gətirmişdi. Normalda 61 nəfərlik olan təyyarə, yenilənmədən sonra 82 nəfərlik tutuma çatmışdı. Pan Am, 1952-ci ilin yazında New York ilə London, Paris və Frankfurt arasında həftədə 12 dəfə Tourist Class xidməti ilə səfər etməyi planlaşdırmışdı. New York ilə London arasındakı normal bilet qiyməti 711 USD ikən, Tourist Class bileti 486 USD olaraq, təyin olunmuşdu. Bu qiymət qış tarifində (həmin illərdə, 1 noyabr ilə 1 May arasında), 417 USD-yə qədər endirilmişdi. Atlantik bazarında bir əvvəlki ilin, eyni dövründə 100.000 olan sərnişin sayının 150.000-dək qalxmasının yarıdan çoxunu, Tourist Class sərnişinləri meydana gətirirdi. Bu inkişafdan sonra, IATA üzvü olan 67 aviaşirkət, 2500 təyyarənin yarısını turist sinifinə uyğun hala gətirmək qərarını almışdı.

1 Aprel 1953-cü ildə etibarən, Amman, Beyrut, Hayfa, İstanbul, Qahirə, Qüds, Nikosiya, Şam və Tel Aviv, 1953-cü ilin oktyabr ayından başlayaraq isə İran, Pakistan və Hindistan bu yeni xidmət sinfi ilə tanış olacaqdı. 1953-cü ilin sonlarına doğru keçirilən, IATA konfransında alınan digər bir mühüm qərar isə, Tourist Class sərnişinlərindən yemək üçün ödəniş etmək yerinə, bilet qiymətinə daxil olacaq bir şəkildə sadə və ucuz bir yemək təklif etmək idi.

Bu qərara həssaslıqla yanaşan şirkətlərin başında isə Hollandiyalı bayraq daşıyıcı KLM gəlirdi. KLM-in aşbazları, Tourist Class sərnişinləri üçün son dərəcə ləzzətli bir menyu hazırlamışdılar. Nəticə etibarı ilə, aviaşirkətlər təyyarələrin tutumlarının artırılması və bilet qiymətlərinin enməsi nəticəsində əldə etdikləri, sərnişin sayının artımı, onların son dərəcə razı olmasına səbəb oldu. Tourist Class adı zamanla, Economy Class-a çevrildi və illər keçdikcə, günümüzdəki şəklini aldı.

Hiç yorum yok:

Yorum Gönder

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...