29 Mart 2018 Perşembe

Economy class ilk dəfə nə vaxt tətbiq olunmağa başladı?




Əslində, hər kəs ayrı-seçkiliyə qarşıdır. Amma real həyatda belə deyil. Bu fərqin əsas hiss olunduğu yerlərdən biri də, təyyarə ilə səyahətdir. Sərnişinlər eyni təyyarənin içərisində, eyni vaxtda, eyni yerdən və eyni bir istiqamətə səfər etsələr də, aldıqları biletlərin təklif etdiyi imkanlar əsasında fərqli xidmətlə səyahət edirlər. First Class, Business Class, Economy Class və son illərdə gedərək yayılan, Premium Economy Class, təyyarə daxilindəki fərqli xidmət siniflərini təyin etmək üçün istifadə olunan əsas elementlərdir. Bəs, Economy class ilk dəfə nə vaxt tətbiq olunmağa başlanıldı, bilirsinizmi?
Bu sualın cavabı üçün, 1950-ci illərə, nəzər yetirmək lazımdır. Həmin illərdə, aviaşirkətlərin bazara təqdim etdiyi (uçuş və təyyarədəki yer sayı) və bilet qiymətləri, IATA tərəfindən çox sıx şəkildə tənzimlənirdi. Bu səbəbdən aviaşirkətlər sərnişinlərə, öz təşəbbüsü ilə, yeni bir məhsul təqdim etməsi demək olar ki, mümkün deyildi. Təyyarə səyahəti bir növ “varlılara” məxsus idi. Bilet qiymətlərinin son dərəcə yüksək olduğu zamanlarda, aviaşirkətlər, IATA-nın razılığı əsasında"Tourist Class" adlanan yeni xidmət sinfi hazırladılar.
Tourist Class sərnişinləri çay, qəhvə, saqqız və şirniyyatlar pulsuz olaraq ala bilsələrdə, yemək istəyərlərsə, bunun üçün uçuşdan əvvəl ödəniş etmələri lazım idi. Həmçinin, bu sinfin sənişinlərinin baqaj haqqı da, 30 kq əvəzinə 20 kq olaraq, təyin olunmuşdu. Oturacaqları yatağa çevrilmədəyi kimi, təyyarədə, sərnişinlərin səyahət əsnasında bir araya gəlib, söhbət edə biləcəyi bir salon hissəsi də yox idi.
Yeni xidmət sinfi hava yolu şirkətləri tərəfindən həyacanla, eyni zamanda böyük bir narahatlıqla qarşılandı. Lakin, Tourist Class üçün əvvəlcədən olunan sifarişlər, bir çox aviaşirkətlərin narahatlığını aradan qaldırdı. İkisi ABŞ-a məxsus olmaqla, Amerika ilə Avropa arasında səfər edən ümumi 11 hava yolu şirkəti, ilk ay üçün bütün Tourist Class biletlərinin hamısını daha əvvəldən satmışdı.

  • Mövzunun davamı növbəti paylaşımda olacaq...

Hiç yorum yok:

Yorum Gönder

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...