27 Mart 2018 Salı

Baku Spotting Team nədir və fəaliyyəti nədən ibarətdir?





“Spotting” ingilis sözü olub , bir şeyi aşkar etmək , aydınlatmaq deməkdir. Aviasiya və fotoqraflıq sevgisi bir araya gəldiyi zaman təyyarə spottingi yaranır . Qısacası Spotting aviasiya fotoqraflığıdır.
Təəsüff ki , ölkəmizdə bu hobbi növü ilə maraqlananlar demək olar ki, yox səviyyəsindədir. Ona görə ,biz 5 aviasiya intuziastı olaraq, Azərbaycanın ilk spotting komandasını qurmaq qərarına gəldik. Əsas məqsədimiz ölkəmizdə spottingə və ən əsası da aviasiyaya olan marağı artırmaqdır.
Baku Spotting Team olaraq, 2013-cü ildə 3 üzv ilə Ələsgər Novruz, Tamerlan Hacıyev və Əsgər Əsgərovla yaransa da daha sonra, irəliləyən tarixdə yeni üzvlərin qatılması ilə Asif Seyidov və 2017-ci ildə isə ilk xanım spotter Solmaz qatılaraq, Baku Spotting Team üzvlərinin sayı 5-ə çatıb. Qrup üzvlərini daha yaxından növbəti paylaşımlarda tanıyacaqsınız. Qısa müddət ərzində, yaranan komandanın uğurlarıda az olmayıb.
Azərbaycan Hava Yollarının təşkil etdiyi spottingə də 2016-cı ilin Avqust ayında qatılmışdıq. Bu Azərbaycanın ilk rəsmi spottingi idi. 2016-cı ildə Ukraynada keçirilən ən böyük Avia Festivalda iştirakımız baş tutub. 2017-ci il isə bizim üçün başqa bir uğurlu il oldu. Spotterlərimiz dünyanın ən məşhur aviasalonlarından biri olan “MAKS 2017” aviasərgisinə qatıldılar. Bununla yanaşı daha bir üzvimiz isə 2017-ci il oktyabr ayında keçirilən Buta Airways və Azərbaycan Hava yollarının sayca, 3-cü rəsmi spottingində iştirak hüquqi qazanmışdır. Bundan bir müddət əvvəl isə, Airbus şirkətinin keçirdiyi aviasiya fotoqrafçılıq yarışmasında, Baku Spotting Team üzvlərindən bir spotterimiz final mərhələsinə vəsiqə qazana bilmiş və 1ci yerə layiq görülmüşdü. Həmçinin, Borispol Hava limanında Ukrayna Hava Yollarının yeni Boeing 777-200ER və Azur Air Boeing 737-900 təyyarələrinin qarşılanma mərasimində iştirak edib.








Hiç yorum yok:

Yorum Gönder

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...