Overbooking, sadə dildə desək, aviaşirkətlərin, 100 tutum oturacaqlı bir təyyarə ilə edəcəyi səfər üçün, 110-na yaxın bilet satmasıdır. Səbəbi isə şirkətlərin doluluq dərəcələrini yüksəltmək və gəlirlərini artırmaq. Həmçinin digər bir səbəb isə, statistikaya görə son anda təyyarəyə gecikən, uçuş tarixini dəyişdirən və ya əlaqəli səfərlərdə ikinci təyyarəsini qaçıran sərnişin sayının çoxluğudur. Amma, nəticə etibarı ilə, satılan biletlərdə bütün sərnişinlər uçuşa gəlsə, bu bəzi sərnişinlərin ziyanınadır. Bundan əlavə isə avişirkət üçün ciddi bir prestij itkisidir. Bu halla üzləşməməyin həll yolu isə, uçuşdan əvvəl mütləq online check-in etmək, uçuşa bir az tez gəlməkdir.
Overbook halı yaşanan zaman aviaşirkət ilk öncə, sərnişinlərə vəziyyəti izah edib, könüllü olaraq uçuşdan imitina edəcək şəxsləri tapmağa çalışır. Sonra müəyyən miqdar kompensasiya qarşılığında bunu qəbul edən sərnişin olub-olmadığı soruşulur. Əgər o da yoxdursa, polis əməkdaşının iştirakı ilə təsadüfi seçim edilir. Təsadüfi seçimdə şirkətin tez-tez uçan sərnişin proqramı üzvü olan və ya yüksək ödənişlə bilet almış olanların təyyarədə qalması seçimi edilir.
Aviasiya qaydalarına əsasən, Overbooking səbəbiylə zərər çəkmiş olan bir sərnişinə, bu zərəri aradan qaldırmaq üçün alternativlər təqdim edilməsi əsas şərtlərdən biridir. Sərnişin, eyni gün də, bir sonrakı reys ilə və ya əgər həmin gün növbəti bir uçuş yoxdursa, ertəsi gün pulsuz uçurulur. Digər uçuşa qədər gözləyəcəyi müddətdə yemək-içmək və yerləşmə imkanı ilə təmin edilər. Bileti daha yüksək sinifə upgrade edilir. Bəzən də danışıqlarda təzminat belə təklif edilə bilər.
Hiç yorum yok:
Yorum Gönder