Ən azı bir dəfə təyyarə ilə səyahət etmisinizsə, bort bələdçisinin çetinliklə başa düşülən “Cabin crew, slides armed and cross check!” ifadəsini eşitmişsinizdir. Uçuşdan əvvəl deyilən bu ifadə "Kabin ekipajı, evakuasiya slaydlarını hazır vəziyyətə gətirin, bir-birinizi yoxlayın" mənasını verir. Enişdən sonra isə “Cabin crew, slides disarmed and cross check” yəni “Kabin ekipajı, slaydlarla heç bir işimiz yoxdur, bir-birinizi yoxlayın.” Bəs bu evakuasiya slaydları və bu qədər əhəmiyyətli bir şey niyə avtomatik olaraq həyata keçirilmir?

Evakuasiya slaydları, FAA (Federal Aviation Administration) standartlarına görə, qapıların yerdən təxminən 1,8 metr yüksəkliyində olan, bütün mülki təyyarələrdə yerləşdirilməlidir. FAA standartlarına görə, evakuasiya slaydlarının fövqəladə vəziyyətdə -53.9 ilə 71.11 ºC arasındakı temperaturda və 46 km/s sürətlə əsən külək altında, qıvrılıb bükülmədən 6 saniyədə açılması lazımdır. Sərnişin təhlükəsizliyi baxımından bu qədər əhəmiyyətli olan bu sistemin, əl ilə işə salınmasında əsas məqsəd isə, "nasazlığa qarşı etibarlı" yəni mümkün qədər mexaniki olmasını təmin etməkdir. Hətta, bəzi təyyarələrin bəzi qapıları, yalnız fövqəladə çıxış məqsədli hazırlandığı üçün daima "Slides Armed" mövqedə tutulur.
Uçuşdan əvvəl kabin üzvləri, kabin nəzarətçisindən gələn xəbərdarlıq ilə slaydları hazır vəziyyətə gətirirlər. Fövqəladə bir halda, slaydlar armed olan zaman təcili çıxış qolu qaldırıldığında/ çəkildiyində qapı kilidi açılır. Qapı bu mövqedə itələndiyi zaman, təcili çıxış sistemi aktivləşdirilir, qapı açılır və slayd avtomatik olaraq şişməyə başlayır. Enişdən sonra isə "slaydların səhvən açılması"nın qarşısını almaq üçün disarmed olaraq saxlanılır. Həmçinin təyyarə yerdə olan zaman slaydlar açılarsa, bu aviaşirkətə ciddi maliyyə zərərinə də səbəb olur.
Hiç yorum yok:
Yorum Gönder