25 Mayıs 2018 Cuma

“Azərbaycanın Mülki Aviasiyası – 80 il!” - Spotting




Heydər Əliyev Beynəlxalq Aeroportu “Azərbaycanın Mülki Aviasiyası – 80 il!” şüarı altında keçiriləcək növbəti rəsmi spottinq barədə elan edir! 
Tədbir şənbə günü, 19 may 2018-ci ildə keçiriləcək. (təxmini saat 16:00-dan 19:00-a kimi). Spottinqə həm peşəkar fotoqraflar, həm də fototexnika üzrə yüksək biliklərə sahib mülki aviasiya həvəskarları dəvət olunurlar.

Fotoqraflar təyyarələrin uçuş və enişini, yerüstü aerodrom xidmətlərinin işini, hava gəmilərinin yedəklənməsini və s. fotoçəkiliş etmək imkanını əldə edəcəklər. 
Tədbir AZAL-ın, həmçinin Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin (ATBİ) əməkdaşlarının müşayiəti ilə keçiriləcək.

İştirak üçün ərizələr 17 maya kimi bu linkdə göstərilmiş forma üzrə qəbul edilir: http://bit.ly/spotting_may2018

Ərizəni maksimum ətraflı şəkildə doldurmağınızı xahiş edirik.

İştirakçıların minimal yaş həddi 18 yaşdır (iştirak etmək üçün şəxsiyyət vəsiqəsini təqdim etmək lazımdır). Diqqətinizə çatdırırıq ki, yerlərin sayı məhduddur, iştirakçıların tam siyahısı təşkilatçılar tərəfindəm formalaşdırılacaq.

İştirakı təsdiq etmək üçün "Azərbaycan Hava Yolları"-nın mətbuat xidmətinin əməkdaşları tərəfindən cavab məktub göndəriləcək. 
Mənbə: @bakuairport

10 Mayıs 2018 Perşembe

Boeing 737-nin cockpitindəki kiçik pəncərələr nə işə yarayırdı?




Boeing 737 ilə Airbus A320-ni ilk baxışda bir-birlərindən fərqləndirmənin ən asan üsullarından biri də, təyyarələrin kokpitinin üst hissəsində kiçik pəncərələr olub-olmadığını diqqət etmək idi. Boeing 737-i, ən böyük rəqibi A320-dən fərqli olaraq, kokpit əsas pəncərələrinin üst tərəfində, ikisi sağda, ikisi solda olmaqla, ümumi dörd dənə kiçik pəncərəyə sahib olmasıydı. 2005-ci ildən etibarən, Boeing istehsal etdiyi 737 təyyarələrdən bu pəncərələri çıxardı.

Bəs bu pəncərələr nə üçün var idi və nə işə yarayırdı?

Boeing 737, 1960-cı illərin sonunda xidmətə başlayan bir təyyarədir. O dövrdə bu kiçik pəncərələr, edilən manevrlər zamanı, pilotların görüş bucağını artırmaq üçün hazırlanmışdı. Ancaq, zaman içərisində inkişaf edən naviqasiya sistemləri, bu kiçik pəncərələri lüzumsuz hala gətirdi. Ona görə də, 2004-cü ildən B737-nin istehsalında bu pəncərələr çıxarılmağa başlandı. 2005-ci ilin yanvar ayında ilk kiçik pəncərələri olmayan B737 fabrikdən çıxdı. Amma, Boeing bununla da kifayətlənmədi. 2006-ci ilin ortalarından etibarən, hava yolu şirkətlərinin istifadəsinə təqdim etdiyi bir yeniləmə paketiylə, 2005-ci ildən əvvəl istehsal olunan 737-lərin kiçik pəncərələrinin bağlanılmasına icazə verdi. Boeing-in bu qərarına ən çox pilotlar sevinmişdi. Çünki bu pəncərələr cockpitdə səs-küyə, temperaturun artmasına və həddindən artıq işığa görə göstəricilərin çətinliklə görülməsinə səbəb olurdu.



Antonov An-225 Mriya ✈



Bu gün sizlərə, Baku Spotting Team üzvi olan Tamerlan Hacıyevin, Gostomel Hava limanında baş tutmuş Spotting zamanı çəkdiyi Antonov An-225 Mriya təyyarəsinin şəkillərini təqdim edirəm. 

Antonov An-225 Mriya 
Photo by @tamerlan_spotter 




5 Mayıs 2018 Cumartesi

İçindən yol keçən hava limanları...



Dünyanın ən qeyri-adi hava limanlarından biri heç şübhəsiz ki, Cəbəllütariq hava limanıdır.✈️ (Gibraltar International Airport, IATA:GIB, ICAO:LXGB)
İçindən yol keçən hava limanı olaraq da bilinən, bu sevimli hava limanı, Aralıq dənizi ilə Atlantik okeanının birləşdiyi yerdə yerləşir. İspaniya ərazisi olaraq görünsədə, 33 min nəfərin yaşadığı Cəbəllütariq əslində, İngiltərəyə bağlı yerdir. Buna görə də, Cəbəllütariq hava limanı da ingilislərin idarəçiliyi altındadır.
İkinci Dünya Müharibəsi zamanı inşa edilən və hal-hazırda İngiltərə Müdafiyə Nazirliyinə məxsus olan hava limanı, Cəbəllütariq höküməti tərəfindən həm mülki, həm də hərbi aerodrom olaraq istismar olunur. Əvvəldə qeyd etdiyimiz kimi, uçuş-enmə zolağının ortasından keçən, Winston Churchill Bulvarı, buranı fərqli edən ən vacib özəllikdir.
Təyyarələrin eniş və qalxış etmədiyi zamanlarda avtomobil və piyadaların istifadəsinə açıq olan bulvar, lazım olduqda bir dəmiryolu kəsişməsində olduğu kimi bağlanır, təyyarələrin eniş və qalxışı üçün şərait yaradılır.
2018-ci ilin aprel ayında burada ən sıx vaxtlarda, günə 7 səfər həyata keçirilir. Hər eniş və qalxış üçün 10 dəqiqə lazım olduğunu nəzərə alsaq, Winston Churchill Bulvarı gün ərzində təxminən, 2 saatdan bir qədər artıq müddətə bağlı qalır. Bu vəziyyətə bir çarə olaraq, təxminən 10 il əvvəl, bir tunel proyekti başladılsa da, hələ ki bir nəticə əldə edilməyib.


İlk uçuşunuzu və hara səfər etdiyinizi necə xatırlayırsınız?




İlk uçuşunuzu və hara səfər etdiyinizi necə xatırlayırsınız?😍Təəssüratlarınız maraqlıdır.

 #Throwback07/10/2017✈
@azerbaijanairlines - @boeing 787 Dreamliner

Photo by me☺ 



Where do you want us to take you today?




Sizi bu gün hara aparmağımızı istərdiniz? ☺

Where do you want us to take you today? ☺

#Throwback 07/10/2017✈

Photo by me☺ 

#Throwback 07/10/2017✈





Photo by me☺ 

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...