2 Mart 2018 Cuma

Etihad Airways ilk dəfə Bakıda!




Bu gün, Etihad Airways Bakıya ilk reysini həyata keçirdi. Etihad Airways, rəsmi instagram səhifəsindən qarşılanma mərasimini CANLI olaraq yayımladı. Həmçinin, bu gündən etibarən həftə də 3dəfə (həftənin 3,5,6 günləri) Bakı Abu Dhabi Bakı birbaşa reyslərini həyata keçirəcək. Reyslər, Airbus A320 təyyarəsi ilə yerinə yetiriləcək.

1 Mart 2018 Perşembe

"Overbooking" nədir və nə zaman tətbiq olunur?





Overbooking, sadə dildə desək, aviaşirkətlərin, 100 tutum oturacaqlı bir təyyarə ilə edəcəyi səfər üçün, 110-na yaxın bilet satmasıdır. Səbəbi isə şirkətlərin doluluq dərəcələrini yüksəltmək və gəlirlərini artırmaq. Həmçinin digər bir səbəb isə, statistikaya görə son anda təyyarəyə gecikən, uçuş tarixini dəyişdirən və ya əlaqəli səfərlərdə ikinci təyyarəsini qaçıran sərnişin sayının çoxluğudur. Amma, nəticə etibarı ilə, satılan biletlərdə bütün sərnişinlər uçuşa gəlsə, bu bəzi sərnişinlərin ziyanınadır. Bundan əlavə isə avişirkət üçün ciddi bir prestij itkisidir. Bu halla üzləşməməyin həll yolu isə, uçuşdan əvvəl mütləq online check-in etmək, uçuşa bir az tez gəlməkdir.

Overbook halı yaşanan zaman aviaşirkət ilk öncə, sərnişinlərə vəziyyəti izah edib, könüllü olaraq uçuşdan imitina edəcək şəxsləri tapmağa çalışır. Sonra müəyyən miqdar kompensasiya qarşılığında bunu qəbul edən sərnişin olub-olmadığı soruşulur. Əgər o da yoxdursa, polis əməkdaşının iştirakı ilə təsadüfi seçim edilir. Təsadüfi seçimdə şirkətin tez-tez uçan sərnişin proqramı üzvü olan və ya yüksək ödənişlə bilet almış olanların təyyarədə qalması seçimi edilir.

Aviasiya qaydalarına əsasən, Overbooking səbəbiylə zərər çəkmiş olan bir sərnişinə, bu zərəri aradan qaldırmaq üçün alternativlər təqdim edilməsi əsas şərtlərdən biridir. Sərnişin, eyni gün də, bir sonrakı reys ilə və ya əgər həmin gün növbəti bir uçuş yoxdursa, ertəsi gün pulsuz uçurulur. Digər uçuşa qədər gözləyəcəyi müddətdə yemək-içmək və yerləşmə imkanı ilə təmin edilər. Bileti daha yüksək sinifə upgrade edilir. Bəzən də danışıqlarda təzminat belə təklif edilə bilər.

"Səmadan Sevgilərlə" göndərdi: Farid Hasanov ✈




  • Göndərdi: Farid Hasanov 

Əgər sizdə də, öz çəkdiyiniz şəkil və ya video varsa, mənim aviabloggers@gmail.com poçt ünvanıma göndərə bilərsiniz.

  • QEYD: Xahiş edirəm, göndərən zaman ad və soyadınızı da doğru qeyd edəsiniz. 

27 Şubat 2018 Salı

Səmada uçan bir təyyarəni tanımaq mümkündürmü?




Təyyarənin tipini tapmaq, hansı olduğunu öyrənməyə çalışmaq aviasiya həvəskarlarının ən sevimli məşğuliyyətlərindən biridir. Havalimanı yaxınlarında yaşayırsınızsa və ya mənim kimi sırf səmadakı təyyarələri izləmək üçün havalimanın ətrafına gedirsinizsə, deməli siz də aviasiya vurğunlarından birisiniz. Bəs uçan bir təyyarəni necə tanımaq olar?

Bunu tanımağın bir neçə yolu var. Məsələn, bəzi havayolları özlərinə xas təyyarə boyamalarından (emblemi və ya quyruq rəngi-loqosu kimi), Boeing 747 və ya Airbus 380 kimi yadda qalan bir siluetə sahib təyyarələri təyin eləmək çox asandır. Təyyarənin böyüklüyü, onu təyin etmək üçün əsas amillərdən biridir. İncə, kiçik, dar gövdəli təyyarələr böyük bir ehtimalla, Airbus A320 və ya Boeing 737-dir. Daha böyük təyyarələr isə Airbus A330 və ya Boeing 777-dir. Bunlar arasındakı fərqi isə qanad uclarının fomalarına görə anlaya bilərsiniz. Əgər 4 mühərrikli bir təyyarədirsə, Boeing 747, Airbus A340 və ya Airbus A380 bunlardan biridir. B747-ni donqar, dünyanın ən böyük təyyarəsi A380-ni isə, 2 mərtəbə olması ilə asanlıqla ayırd edə bilərsiniz.

Gecə baxdığınız zaman, təyyarənin qanadlarının ucundakı ağ işıq(STROBE) 2 dəfə və sürətli bir şəkildə yanıb sönürsə Airbus, 1 dəfə yanıb sönürsə bu Boeingdir. Əgər uçan bir təyyarələ ilə bağlı başqa detalları da bilmək istəyirsinizsə, bunun üçün texnologiyanın nemətlərindən faydalana bilərsiniz. Hansı təyyarənin hara uçduğunu, təyyarə növünü, qeydiyyatını, hansı hündürlükdə və sürəti kimi bütün detallarla birlikdə, real zamanda Flightradar24 web saytı ilə və mobil tətbiqi üzərindən izləyə bilərsiniz. FlightAware.com-da bu kimi xüsusiyyətləri özündə birləşdirən digər tətbiqlərdən biridir. Üstünüzdən hansı təyyarənin uçduğunu öyrənmək üçün bir digər üsul də Siri-dir. Təkcə ona "what plane is overhead?" deyə soruşsanız Siri, bir çox detal ilə birlikdə yaxında uçmaqda olan təyyarələrin, siyahısını sizə təqdim edəcək.

UNUTMADIQ!!!


"Səmadan Sevgilərlə"göndərdi: Mehti Mirzayev ✈



  •  Göndərdi: Mehti Mirzayev ✈

Əgər sizdə də, öz çəkdiyiniz şəkil və ya video varsa, mənim aviabloggers@gmail.com poçt ünvanıma göndərə bilərsiniz.📩 Bu arada səhifədə dəyişiklər olunduğu üçün "Sizdən Gələnlər" bölməsinin adını "Səmadan Sevgilərlə"yə dəyişdim. Ümid edirəm bəyənərsiniz.

  • QEYD: Xahiş edirəm, göndərən zaman ad və soyadınızı da doğru qeyd edəsiniz.☺ 


23 Şubat 2018 Cuma

Günün ən xoş xəbəri JETPHOTOSdan!😍




Buta Airways-ın Spottingi zamanı çəkdiyim Cockpit, JetPhotosda 2000 baxış alaraq, ən çox baxılan şəkillər sırasındadır! Xatırladım ki, çəkilən hər bir şəkil Jetphotos.com saytı tərəfində qəbul olunmur.😎

Yeni Airbus A220

Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...