17 Temmuz 2018 Salı
11 Haziran 2018 Pazartesi
Pəncərədəki dəliyin sirri...
Yəqin ki, bütün təyyarə pəncərələrinin alt hissəsində yerləşən kiçik dəlik diqqətinizi cəlb edib. Təyyarə yerdən yüksəldikcə, həm kabin daxilində, həm xaricində təzyiq düşür. Kabinanın xaricindəki təzyiq düşgüsü, daxilindəkindən xeyli çoxdur. Bu təzyiq fərqi pəncərənin alt hissəsində yerləşən və “nəfəs dəliyi“ adı verilən kiçik dəliklə tarazlanır. Bu səbəbdən də bu kiçik dəlik, təyyarə təhlükəsizliyi baxımından çox böyük önəm daşıyır.
Təyyarə pəncərələri 3 qatdan ibarətdir. Orta qatda yerləşən nəfəs dəliyi, xarici və daxili qatlar arasındakı nəmi alır. Bundan əlavə pəncərədə don və duman yaranmasının qarşısını alır. Bu isə o deməkdir ki, əgər yerdən 10 minlərlə metr yüksəklikdə uçan zaman, səmanı və buludları görə biliriksə, bunun səbəbi məhz bu kiçik dəlikdir.
Əgər bundan sonra ki, növbəti səfərlərinizdə daha diqqətlə baxsaz, yüksək hündürlüklərdə uçuş zamanı həmin dəliyin ətrafında göz oxşayan donma izlərini (buz) görə bilərsiniz. Dəlik ətrafındakı bu don izləri, kabin daxilindəki havanın, soyuq pəncərə səthi ilə təması zamanı yaranır. Bu izlər, pəncərə temperaturundan, kabin havasının rütubətindən və dəlikdən keçən havanın miqdarından asılıdır.
#azerbaijanairlines #AZAL #flyAZAL #butaairways #flyButa #helloButa#bakuairport #HeydarAliyevAirport #airbus #spotting #spotter #spotters#jetphotos #baku #azerbaijan #canon #canon60D #avfan #aviation#aviationlovers #instaaviation #aviationphotography #AVGeek#aviationdaily #airplane #airplane_lovers #pilots #aviabloggers
9 Haziran 2018 Cumartesi
Təyyarədəki qulaqcıqlar niyə cüt girişlidir?
Bəli, bu gün hamının marağında olan bir mövzuya toxunacam. Təyyarədə verilən, qulaqcıqlar cüt girişli olur. Hətta, biznes sinifdəki qulaqcıqlar üç girişlidir. Bunun niyə belə tətbiq edildiyini bilirsinizmi? İlk olaraq, ağla “təyyarədən oğurlanmasının qarşısını almaq” gəlsə də əslində cüt və ya üçlü girişin məqsədi tam fərqlidir. Bu maraqlı sualın cavabı isə belədir:
Artıq, təyyarədəsiniz və uçuş boyu hansı filmi izləsəm deyə ağlınızdan keçirirsiniz. Oturacağınızda bir plastik paketdə "cüt girişli" qulaqcıq sizi qarşılayır və ya təyyarə bələdçisi uçuşdan əvvəl və uçuş əsnasında istifadə edəcəyiniz “amenity kit” ilə birlikdə qulaqcıq paylayır. Qulaqcıqların cüt və ya üçlü girişli olmasının əsas məqsədi, uçuş təhlükəsizliyi üçün edilən anonsu sərnişinə çatdırılmasını təmin etməkdir. Aviasiya qaydalarına əsasən, təyyarədə uçuşdan əvvəl sərnişinlərə, fövqəladə vəziyyətlərdə nə ediləcəyi haqqında məlumat izah edilməlidir. Bu məlumatlandırma, bələdçilər tərəfindən edildiyi kimi, eləcə də aviaşirkətlər tərəfindən hazırlanan videolarda da öz əksini tapır. Köhnə təyyarələrdə kabin əyləncə sistemində, anons bəzən dinlədiyiniz musiqi və ya film kanalındakı səsi kəsə bilmirdi. Buna görə də cüt girişli qulaqcıqlar ilə anons sərnişinə heç problem olmadan çatdırılmasına hədəflənmişdi. Hal-hazırkı, təyyarələrdə isə kabin içi əyləncə sistemləri çox inkişaf etmişdir. Təyyarədə anons edildiyi an, əyləncə sistemi avtomatik olaraq dayanır. Anonsu bitməsiylə, yenidən başlayır. Yəni, artıq bu cür cüt girişli qulaqcıqlara bir ehtiyyac qalmır. Amma, yenə də aviasiyanın bütünü, bir-birinə dəstək verən ehtiyyat sistemlərdən ibarətdir.
Təyyarə oturacaqlarına, qulaqcıq girişinin qoyulmağa başlandığı illərdə, qulaqcıqlar həyatımızın bir o qədər də parçası deyildi. Sərnişinlər, təyyarədə paylanan qulaqcıqları ümumiyyətlə geri vermək istəməzdi. Əvvəl ki, illərdə bu qulaqcıqların süngəri dəyişdirilib təkrar paylanılırdı. Hava yolları qulaqcıqların oğurlanmasının qarşısını almaq üçün, cüt girişliləri seçərdi. Beləliklə, işlənən bir qulaqcığı yenidən istifadə etmək mümkün olmazdı.
80 illik yubileyimiz mübarək olsun!
Mülki Aviasiya işçilərinin peşə bayramını ürəkdən təbrik edir və bu sahənin bir üzvi olmaqdan qürur duyuram!
80 illik yubileyimiz mübarək olsun! 
Photo by me / Canon EOS 60D
#AZAL80 #azerbaijanairlines #AZAL #flyAZAL #butaairways #flyButa#helloButa #bakuairport #HeydarAliyevAirport #airbus #a340 #spotting#spotter #spotters #jetphotos #baku #azerbaijan #canon #canon60D #avfan#aviation #aviationlovers #instaaviation #aviationphotography #AVGeek#aviationdaily #airplane #airplane_lovers #pilots #aviabloggers
Aviasiya qəza turbinin yerləşməsi
Aviasiya Qəza Turbini əsasən təyyarə fuzelyajının aşağı hissəsində və qanadında yerləşir. Bundan əlavə bəzi kiçik ölçülü təyyarələrdə burun hissədə yerləşdirilmiş turbinlərə də rast gəlinir.
Aviasiya Qəza Turbininin iş prinsipi Külək turbinlərinin iş prinsipi ilə eynidir. Yəni öndən əsən külək turbinin pərlərini firladır və bu da öz növbəsində turbinlə əlaqələndirilmiş hidravlik nasosu hərəkətə gətirir. Daha sonra isə bu sistemlə əlaqələndirilmiş generatorun hərəkətə gətirilməsi ilə elektrik enerjisi əldə olunmağa başlayır. Aviasiya Qəza Turbininin müəyyən istismar şərtləri vardır ki, təyyarə tiplərinə görə dəyişən bu şərtlər, “RAT”-in hansı hündürlüklər də və hansı sürətlərdə istifadə olunmasını bildirir. Həddindən artıq yüksək sürətlər “RAT”-I zədələyə, aşağı sürətlər isə onun pərlərinin “STALL” olmasına və effektivliyinin itirilməsinə gətirib çıxara bilər. Bundan başqa Aviasiya Qeza Turbini özü pərlərin hücum bucağını dəyişməklə hidravlik nasosda daimi və dəyişməz gücü təmin edir.
Aviasiya Qəza Turbinin struktur quruluşu və Hidravlik nasos(Hydrolic pump) - Sözsüz ki, bu enerji mühərriklərdən əldə olunan enerji ilə müqayisədə çox kiçik bir enerjidir(təqribən 1/20) və buna görə də təyyarə yalnızca RAT-dan qidalanan zaman, sərnişinlər üçün nəzərdə tutulmuş bütün əyləncə və rahatlıq sistemləri, o cümlədən kabinada yerləşən bir sıra ikinci dərəcəli sistemlər şəbəkədən ayrılır. Hidravlik sistemdədə eyni hal baş verir. Qeyd etmək lazımdır ki, Aviasiya Qəza Turbini təyyarənin son enerji mənbəyidir və əgər təyyarə yalnızca onun enerjisi ilə təmin olunursa ən qısa zamanda eniş etməlidir. Təyyarə eniş etdikdən sonra sürətin azalması ilə turbin öz effektivliyini itirir və təyyarənin qidalanması yenidən batareyadan həyata keçirilməyə başlayır.
İlk dəfə Aviasiya Qəza Turbini 1960-ci illərdə “Vickers VC-10” təyyarəsində tətbiq olunmuşdur.
Ən böyük Aviasiya Qəza turbininə malik təyyarə isə əlbəttə ki, öz ölçüləri və əzəməti ilə bütün rekordlara adını yazdıran Airbus A380 təyyarəsidir. Onun turbin pərinin diametri 163sm-dir.
29 Mayıs 2018 Salı
Açıq Hava Turbini və ya Aviasiya qəza turbini
Aviasiya ilə yaxından maraqlanan həvəskarlar onu
daha çox ingilis dilindən olan adı ilə “Ram Air turbine” və ya “RAT” olaraq tanıyırlar.
Bu dəfə isə biz ona “Aviabloggers”-in gözündən baxacağıq və qismən də olsa bu
sistemin nə işə yaradığını aydınlaşdırmağa çalışacağıq. Açıq Hava Turbini və ya
Aviasiya Qəza Turbini təyyarənin ehtiyyat güc sisteminin döyünən ürəyi hesab olunur. Hamımız çox yaxşı bilirik ki, günümüzdə
təyyarələrin keyfiyyət və təhlükəsizlik standartları ən yüksək səviyyədədir. Təyyarə
də, mühərriklərdən biri sıradan çıxdıqda belə çox rahat, təhlükəsiz şəkildə öz
yoluna davam edə bilirlər. Çox nadir hallarda olsa da, bəzən təyyarələr tam güc
itkisinə məruz qala bilir.
Misal olaraq, Qudzon çayında baş vermiş möcuzəvi
enişi göstərmək olar. Quş dəstəsi ilə toqquşan Cesley Sullenbergerin kapitanı
olduğu U.S. Hava yollarına aid Airbus A320 təyyarəsi hər iki mühərrikindən güc
ala bilməmiş və nəticə də, Qudzon çayına qəza enişi etmək məcburiyyətində
qalmışdı.
Bildiyimiz kimi müasir təyyarələrdə istifadə olunan
elektrik enerjisi əsasən mühərriklərdə yerləşən elektrik generatorları vasitəsilə
əldə edilir və bundan əlavə idarəetmə səthlərini
hərəkətə gətirmək üçün lazım olan hidravlik təzyiqi saxlayan nasoslar da öz
gücünü mühərrikdən alır. Bu isə o deməkdir ki, olası bir tam güc itkisində təyyarə
həm hidrovlik sistemində, həm də elektrik sistemində sıxıntı yaşayacaq, bu
zaman batareyalar təyyarəni qidalandıracaq. Lakin onların da gücü təyyarə
modelindən asılı olaraq, təqribən 30 dəqiqə müddətinə hesablanmışdır. Tam güc
itkisi anında avtomatik olaraq Aviasiya Qəza Turbini (ing.RAT) işə düşür və
buraxılma təqribən 3-5 saniyə çəkir, bu müddət ərzində təyyarənin qidalanması
batareyalar vasitəsilə həyata keçirilir. Bundan başqa pilot kabinindən bunu
manual olaraq da etmək mümkündür .
Hava limanı olmayan ölkələr hansılardır?
Soruşan olsa, hava limanlarında yaşayan adamdı, deyərsiniz“ deyimim bu mövzuya heç uyğunlaşmır.
Çünki dünyanın hər hansısa bir yerində hava limanı olmayan ölkələrdə mövcuddur. Əslində bu deyim Tom Hanksin rol aldığı "The Terminal" filmindən gəlir. İzləyənlər mütləq bilir mövzunun nə olduğunu. İndi isə keçək əsas mövzumuz olan hava limanı olmayan ölkələrə.
Bu ölkələrin beşi Avropa qitəsində, bir dənəsi isə Asiyada yerləşir. Hava limanı olmayan Avropa ölkələri aşağıdakılardır:
1- Andorra (əhali: 85,082, sahəsi: 467 km2)
2- Lixtenşteyn (əhali: 36.281, sahəsi: 160 km2)
3- Monako (əhali: 36,371, sahəsi: 2 km2)
4 - San Marino (əhali: 32,404, sahəsi: 61 km2)
5- Vatikan (əhali: 836, sahəsi: 0,44 km2)
Asiyadakı hava limansız ölkə isə, Fələstindir(əhali: 4.260.636, sahəsi: 6.220 km2).
Andorraya hava yolu ilə çatmaq istəyənlər, İspaniya sərhədləri içində olan və buraya 40 km məsafədəki Girona-Costa Brava Havalimanı istifadə edə bilər. Lixtenşteynə getmək istəyənlər, İsveçrədə olan və yenə təxminən, 40 km məsafədə olan St. Gallen-Altenrhein hava limanından faydalana bilər. Monaco üçün Nice Côte d'Azur, San Marino üçün Rimini Federico Fellini, Vatikan üçün Romadakı havalimanlarını və Fələstin üçün Tel Aviv Ben Gurion Havalimanından istifadə, hava yolu ilə səhayəti üçün ən asan nəqliyyat şəkli olaraq görünür.
Kaydol:
Kayıtlar (Atom)
Yeni Airbus A220
Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...
-
Bu gün sizlərə, Baku Spotting Team üzvi olan Tamerlan Hacıyevin, Gostomel Hava limanında baş tutmuş Spotting zamanı çəkdiyi Antonov An-...
-
Keçdiyimiz günlərdə, Avropalı təyyarə istehsalçısı Airbusın, Kanadalı təyyarə və qatar istehsalçısı Bombardier tərəfindən hazırlanan C...














